Dünya mətbuatı seçkinin necə saxtalaşdırmasından yazır

"Azərbaycanda seçkilərin nəticələri səsvermənin başa çatmasına 8 saat qalmış elan olunub"

Türkiyənin ən populyar qəzetləri "Milliyet" və "Hürriyet" dünən Azərbaycanda keçirilən seçkilərdən yazıblar. "Aliyev sandıktan hızlı çıkdı" başlığı ilə yazı dərc edən "Hürriyet" yazır ki, Azərbaycanda seçkilərin nəticələri səsvermənin başa çatmasına 8 saat qalmış elan olunub və ən maraqlısı odur ki, seçki başa çatandan sonra "zor durumda qalan" MSK öz elan etdiyi nəticəni əvvəlcədən bəyan edilən rəqəmə uyğunlaşdırıb.

Yazıda neft zəngini olan ölkədə İlham Əliyevin konstitusiyada dəyişiklik etdirərək üçüncü dəfə prezident seçilmək hüququ qazandığı da vurğulanır.

Daha sonra Milli Şuranın namizədi Cəmil Həsənliyə istinadən seçkilərdə qanun pozuntularına yol verildiyindən də bəhs edilir.

"Milliyet" qəzetinin başlığı isə "Aliyev milyar dolarlık hanedanını koruyor" şəklindədir. Bu yazıda da İlham Əliyevin prezident seçkilərin qalibi elan edilməsi, onun hakimiyyəti 2003-də atası Heydər Əliyevdən aldığı barədə qeydlər yer alır.

Azərbaycanda keçirilən prezident seçkiləri və bu seçkilər zamanı baş verən qanun pozuntuları xarici mətbuatda da əksini tapıb. ABŞ-ın iki nüfuzlu nəşri - “Associated Press” və “Washington Post” total saxtakarlıqlardan söz açıb. Nəşrlərin yazdığına görə, İlham Əliyev qalib elan edilsə də, müxalifət seçkilərin leqitimliyini şübhə altına alır. Buna səbəb isə seçki prosesi zamanı baş verən çoxlu sayda saxtakarlıqlardır. Nəşrlər Əliyevin əsas rəqibi, müxalifətin vahib namizədi Cəmil Həsənlinin də fikirlərinə yer ayırıb. C.Həsənli seçkilərdə total saxtakarlığın baş verdiyini və vətəndaşların hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. Bu da seçkilərin nəticələrini şübhə altına almağa əsas verir. Həsənli həmçinin qeyd edib ki, onun nümayəndələri seçki məntəqələrdə bir nəfərin bir neçə bülleten atmasının şahidi olub. «Təəssüf ki, bir çox dövlət məmurları bu saxtalaşdırmanın iştirakçısı olmaqla ağır dövləti cinayət törətmiş olublar», - deyə C.Həsənli qeyd edib.

Hər iki nəşr beynəlxalq hüquq müdafiə təşkilatları nümayəndələrinin İ.Əliyevi müxalifət təmsilçilərinə edilən təzyiqlərə, seçki şəratinin yaradılmadığına görə tənqid etməsini, həmçinin dövlət başçısı tənqidə dözümsüz yanaşdığını da qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar