“Reytinq xatirinə efirdə dombalaq aşırlar” - Tanınmış jurnalist

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Space TV-də efirə gedən “Yerimdəyəm” verilişinin qonağı olub. Televiziya aparıcılarının fəaliyyətinin müzakirə olunduğu verilişdə jurnalist verdiyi açıqlamalarla yenə dəqqəti öz üzərinə çəkib.

S.Verdizadə təəssüflə qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən televiziya aparıcılarının əksəriyyəti Azərbaycan ədəbi dilinin normalarına riayət etmir: “Aparıcılarının yarısından çoxu ləhcə ilə danışır. Aparıcı var ki, “pencək” əvəzinə “pəncəy” deyir. Aparıcı da var ki, efirə dəvət etdiyi adama “ayə”, “ala” deyə müraciət edir. Azərbaycan dilini bilməyən, ədəbi dil qaydalarına riayət etməyən adamları efirə buraxmaq olmaz”.

Tanınmış jurnalist bildirib ki, aparıcıların əksəriyyəti reytinq arxasınca qaçdığa üçün peşəkarlıq arxa plana keçib: “Aparıcı tanıyıram ki, reytinq xatirinə efirdə dombalaq aşır. Çağırdığı qonağı alçaldan, süni qalmaqal yaradan aparacılar da az deyil. Efirdə oyunbazlıq etmək olmaz. Bu cür neqativ hallar tamaşaçıları efirdən iyrəndirir”.

Seymur Verdizadə bəzi televiziya aparıcılarını həm də dostbazlıqda, qohumbazlıqda ittiham edib. Onun sözlərinə görə, bəzi aparıcılar verilişlərə öz dostlarını, qohumlarını dəvət etməkdə maraqlıdırlar: “Ay qardaş, ay bacı, filankəs sənin dostundursa, qohumundursa, rəfiqəndirsə, onu evinə qonaq çağır. Mövzuya dəxli olmayan adamları efirə çağırıb, tamaşaçıların əsəbləri ilə oynamayın”.

Verilişin digər qonağı, əməkdar artist Bəsti Sevdiyeva Seymur Verdizadə ilə həmrəylik nümayiş etdirib. Əməkdar artist deyib ki, heç bir aparıcının efirdə ləhcə ilə danışmağa ixtiyarı yoxdur.(Moderator.az)

635x100

Şərhlər

N- iş adamı 2018-04-26 21:19:34

Müsdeqil, Bakı anlamında normal Bazar İqisadi işi üçün dəil, ozünü Reklam və Qloballaşma Reidinqi almaq üçündür!

Son yazılar