Putin Ermənistanın müvəqqəti baş naziri ilə danışıqlar aparıb

karapetyanRusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparıb. APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında dərc edilmiş məlumatda bildirir.

“Qeyd edilib ki, Ermənistandakı böhran vəziyyətinin nizamlanması istisna olaraq hüquqi müstəvidə, Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında baş verməlidir”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Rusiya XİN-i Ermənistanda müxalifət və hakimiyyət arasında dialoqun keçiriləcəyinə ümidvar olduğunu bildirib. Daha əvvəl Karen Karapetyan Moskvada məsləhətləşmələr keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar