BURİDANIN EŞŞƏYİ HƏLƏ ÖLMƏYİB – Yaxud, sən nə istəyirsən, Asif Mərzili?

etibar-eliyevEtibar ƏLİYEV

“Təzadlar” qəzetinin saytında “Tanınmış jurnalist rektor Ədalət Muradova müraciət etdi” başlıqlı yazı oxudum. Müraciət edən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin özüdür. Təzada baxın: özü-özünə “tanınmış” deyir. Yaxşı, nə desin?! Reket deməyəcəkdi ki! Reket ona cəmiyyətdə deyirlər. Onun reketçiliklə məşğul olmasını hətta Mətbuat Şurası da etiraf edib. Həmin qurum 2009-cu il oktyabrın 23-də belə bir məlumat yayıb: “Mətbuat Şurası "reket qəzet"lərin yeni siyahısını açıqlayıb. Şuranın şikayətlər üzrə komissiyasının təqdimatı əsasında "Xəbər xətti", "Hüquq və ittiham", "Qanun və nəzarət" qəzetləri "reket qəzet" elan olunub. Mətbuat Şurası "Azərbaycan dünyası brifinq" qəzetinə xəbərdarlıq edib. Mətbuat Şurası "Təzadlar" qəzetinin fəaliyyətində mətbu reketçilik əlamətlərinin mövcud olduğunu bəyan edib. "Təzadlar"la bağlı ayrıca müzakirə aparılıb və bu nəşrin adının "qara siyahı"ya salınması barədə qərar qəbul edilib”.

Beləliklə, reket qəzetin baş redaktoru İqtisad Universitetinin rektorundan əl çəkmir. Ona ötürülən yalançı informasiyaları reket süzgəcindən keçirib özündən başqa bir neçə nəfərin oxuduğu qəzetində durmadan, təkrarən dərc edir.

Açığı, mənim Mərziliyə cavab vermək haqqım var. Çünki mən həmin universitetdə İctimai Nəzarət Şurasının üzvüyəm. Mənimlə birgə həmin Şuranın üzvləri tanınmış və nüfuzlu şəxslərdir: millət vəkili Hikmət Babaoğlu, professor Şahlar Əsgərov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Arzu Nağıyev, Elşad Eyvazlı, Məlahət Mürşüdlü və s. Biz artıq 3 ildir ki, bu ali məktəbdə imtahanların gedişatına nəzarəti təşkil edir, tələbələr arasında anonim sorğular təşkil edir və ən əsası isə ali məktəb rəhbərliyinin iştirakı olmadan “Açıq qapı” keçiririk. Apellyasiya şikayətlərini dinləyirik. Asif Mərzili, mən də daxil olmaqla, bu şuranın əksər üzvlərini tanıyır. Bundan əlavə rektor Ədalət Muradov hər semestrdə jurnalistlərə universitetdə keçirilən sessiyalarda, Elmi Şuranın iclaslarında iştirak etməyə çağırış edib. Asif Mərzili nə əcəb “tanınmış” jurnalist kimi bu işlərə qoşulmayıb, axı onun təhsil sahəsində yeganə mövzusu UNEC və onun rektorudur?!

Asif Mərzili müraciətində yazır: “Axı 25 ildir nəşr olunan, hər şeyini itirsə də KİV şərəfini və imicini qoruyub saxlayan, Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Nurəddin Rzanın, professor İlham Rəhimovun... adı İdarə Heyətində olan bir qəzetin imicini niyə professorluğu şübhəli olan Ədalət Muradovun inadkarlığına qurban verməliyik??? Siz, sadəcə, nəyə və ya kiməsə arxalanaraq bizim 25 illik işgüzar nüfuzumuzla alver etmək istədiniz. Lakin biz dözdük, səbr etdik, şərtlərinizi-xahişinizi lütfən nəzərə aldıq”.

Diqqət edin, bu adam çirkli niyyətlərini həyata keçirmək üçün dünyasını dəyişmiş 3 görkəmli şəxsin adından istifadə edir. Reketçiliyin də işgüzar nüfuzu olur? Bu, nadürüstlükdür... Bu yaxınlarda Mətbuat Şurasının qurultayında 11-i jurnalist, 7-si ictimaiyyət nümayəndələri, 5-i internet informasiya resursu təmsilçiləri olmaqla, 23 nəfərdən ibarət İdarə Heyəti seçildi. Asif Mərzilinin adı bu təsnifatların heç birinə aid edilmədi. Çünki ortada 25 illik reketçilik var.

Mərzili yazır: “Niyə ADİU-nun büdcə vəsaitləri “differensial əmək haqqı” adı altında tanınmış, böyük əmək stajlı professorlara deyil, Sizə yaxınlığı olan gənc müəllimlərə pay-püşt edilməklə dağıdılır, bunu da üzünüzə vurmadıq... Niyə ADİU-nu inadkarlıq edərək UNEC kimi təbliğ edirsiniz, bunun da səbəbini soruşmadıq...”

İctimai Nəzarət Şurasının çalışdığı müddətdə bir nəfər də olsun bizə əməkhaqqı barədə müraciət etmədi. Mərzilinin söylədikləri böhtandır. Ağlı başında olan adam əməkhaqqı barədə Mərziliyə niyə müraciət edir?

Asif Mərzili Ədalət Muradovun elmi fəaliyyətini hər vəchlə ləkələmə missiyasını üzərinə götürüb. Onun bu məsələyə yanaşması o qədər qərəzli və kəmsavaddır ki, bunun üzərində dayanmaq istəmirəm. Ömrü boyu bir saat dərs deməyən, bir elmi məqalə müəllifi olmayan birisinin elm haqqında danışması nadanlıqdan başqa bir şey deyil. Mərzilinin yalanlarını İqtisad Universitetinin tədqiqat universitetinə çevrilməsi alt-üst edir. Yüksək elmi potensial olmadan Tədqiqat Universiteti modelini ortaya qoymaq qeyri-mümkündür. Bu həm də Mərzilinin başa düşdüyü məsələ deyil.

Mənə çox maraqlıdır: Rektor olduğu müddətdə universiteti ölkənin ən təmiz, ən qabaqcıl ali məktəbinə çevrilən bir alimi niyə hədəfə alır Asif Mərzili? Nə istəyir? Niyə şantaj edir onu? Niyə ona elə gəlir ki, öz aləmində Ədalət Muradovu hakimiyyətin gözündən salır? Hamı bunu yaxşı anlasa da, o bir şeyi anlamır: Ədalət Muradov məhz yaxşı fəaliyyətinə görə hakimiyyət dairələrində hörmətlə qarşılanır. Onun universitetə gətirdiyi müsbət dəyişiklər təqdir olunur, ən başlıcası, xalq arasında deyirlər, o universitetdə rüşvətin kökü kəsildi.

Mən bilirəm ki, həm dövlət qurumları, həm ictimaiyyət, həmçinin Mətbuat Şurası, eləcə də tələbə və müəllimlər doğru yolda olan, ölkə təhsili üçün çalışan bir rektoru istənilən böhtandan qoruyacaq, böhtançının da cavabını verəcəklər.

Asif Mərzili sonda yazır: “Hələlik bu qədər, Ağdamdakı “Dörd yol”da görüşənədək...”

Gördünüzmü? Şəxsi qərəz, şəxsi maraq, görüş, şantaj...

Fransız mütəfəkkiri Andre Kont Sponvilin “Fəlsəfə lüğətində” “Buridan eşşəyi haqqında” məqaləsi yadıma düşdü. Sən demə, XIV əsr fransız filosofu Jan Buridan ona şöhrət qazandıran eşşəyin adını heç bir əsərində çəkməyib. Hansısa düşünülmüş təmsilin mahiyyəti belədir: “Təsəvvür edin ki, aclıq və susuzluqdan eyni dərəcədə əziyyət çəkən eşşək bir vedrə su ilə bir çəngə ot arasında dayanıb. Eşşək su ilə ot arasında seçim edə bilmədiyindən, ac-susuzluqdan ölür. Çox vaxt bu tarixi azad iradənin qeyri-mümkünlüyünün isbatı kimi misal çəkirlər”.

Andre Kont Sponvil “Buridan eşşəyi” məqaləsini belə bitirir: “Bu eşşək haqqında mübahisələr artıq 600 ildir ki, davam edir. Lakin eşşək hələ də ölməyib”.

635x100

Şərhlər

Azər Aliyev 2018-04-27 00:03:35

Cinayətkar şəbəkəyə media yardımı edən Asif Mərzili qanlı banda başçıları Hacı Məmmədov, Akif Çovdarovdan da təhlükəli personadır. Su çanagı suda sınar Etibar müəllim !

Azeri Əliyev 2018-04-27 00:03:35

Yaxşı olaraki, Asuf Mərzili ABU rektoru Elşad Abdullayevin qaradşının ogurlanması cinayətində iştirakına cavab versin..., https://www.youtube.com/watch?v=TXNCkBuwgEQ

Rafael Veiyev 2018-04-27 00:03:35

BU YAXINLARDA MENIM FACIELI SURETDE REHMETE GETMIW OGLUM HAQQINDA DA HEDYANLAR YAZMIWDI,GORUNUR DIRILERDEN YAZA BILMIR .....EYBI YOOX HAQQ-EDALET MEHKEMESINDE GORUWERIK ..

Narxoz məzunu 2018-04-27 00:03:35

Vaxt var idi hər binada bir vəzifəli reket "jurnalistlərə" konvertlər paylayırdı... Dava molla Nəsrəddin demişkən yorğan davasıdır.

Müəllim 2018-04-27 00:03:35

Bu təzadlar narxozun/pulxozun ümüd yeridir. Bir ay əvvəl UNEC bir dəfə təriflədi. Tapşırıq almışdı təriflə rektoru bəlkə yuxarı aprdılar. Öz adamlarını rektor qoyub pulxozu bərpa etsinlər. Planları alınmadı...indi yenidən qara yaxırlar. Düz deyiblər pulun allah olmaz.

Mustafa Talıbov 2018-04-27 00:03:35

UNEC yeni həyat tərzi, yeni düşüncə, gələcəyə inam və səmimiyyət deməkdir. "Pulxoz" və onun qaranlıqları keçmişdə qalmaq istəmir, ƏDALƏTƏ, şəffaflığa qara yaxmaqdan çəkinmir. Bir universitet rektorunun şuari "Tələbələr bizim üçün deyil,biz tələbələr üçün fədakarcasına çalışmalıyıq!" bundan ibarətdirsə, ona böhtan atmaq, ona qarşı "kampaniya" təşkil etmək Azərbaycan xalqına qarşı xəyanət etməkdən başqa bir şey deyil!

Eldəniz Həmzəyev 2018-04-27 00:03:35

Reket jurnalistlər Azərbaycan mətbuatının üzqarasıdır. onlar apendisitdir. Onları kəsib atmaq lazımdır. onların həyatda 2 amalı var biri puldur, o biri şantaj

UNEC tələbəsinin valideyni 2018-04-27 00:03:35

Elburus sizlə tam razıyam. Dələduzuqlardan canımız qurtardı. Mən fəxr edirəmki, övladım narxoz tələbəsi deyil. Yaşasın UNEC....

I kurs magistr 2018-04-27 00:03:35

Vurma cədvəlini bilməyən "iqtisadiyyat professorlar" əl çəkin UNEC-dən. AATK elmi adları və elmu vəzifələri 30 000 və 50 000 satırsınız...azdır! Magistraturada bazar bağlandı.

Adi adama 2018-04-27 00:03:35

Reket sözü düz işlədilib. Reket İtaliyan sözü ricatto- "şantaj" geməkdir.

Rövşən tələbə. 2018-04-27 00:03:35

Təzadladlar hır gün yazsada UNEC rüşvət qayıtmayacaq.

Turan Masallı 2018-04-27 00:03:35

Bizim rektor dəfələrlə elan edib ki, UNEC-in bütün fəaliyyətləri ictimaiyyətə açıqdır, kim nəyə istəyir gəlib baxsın.Bu Asif Mərzili bir dəfə UNEC-ə gəlib bir məsələ ilə maraqlanıbmı?Əgər UNEC-də onun iddia etdiyi kimi hər şey pisdirsə, necə olur ki, heç bir mətbuat bunu görmür, ancaq Asif Mərzili və təzadlar görür?Bu gülüncdür axı! Yoxsa bizim rektora şər ataraq özünü cəmiyyətə tanıtmaq istəyir? Hər halda düzgün hərəkət etmir.

Ади адам 2018-04-27 00:03:35

Hörmətli Etibar bəy! Siz maşallah çox savadlı, eruditsiyalı şəxssiniz. Ancaq insana, şəxsə reket deyilmir. Reket fəaliyyət növüdür(təbii ki, ziyanlı fəaliyyət), bu işlə məşğul olan adama reket yox REKETİR deyilir...

Mirzə 2018-04-27 00:03:35

Saq olun Təbriz. Haqq üzülər amma qırılmaz.

Mirzə 2018-04-27 00:03:35

UNEC qarşı Narxozun kirələdiyi "təzadlar" saytına layiqli cavab... Həmişə haqqın tərəfində olaq.

Nurlan 2018-04-27 00:03:35

Etibar müəllim sağ olun ki, bir reketin əsl sifətini açmısınız. Ədalət müəllim təmiz və çox humanist adamdır. Ədalət Muradov Təbriz müəllimin qeyd etdiyi o adamlarla vidalaşmalıdr.Onlar artıq kor bağırsağa çevriliblər. Onları yalnız pul düşündürür.

Təbriz 2018-04-27 00:03:35

Asif Merzili araşdırma aparmaq isteyirse gedib Edalet Muradova qeder UNEC-i bazara çeviren Şemseddin Hacıyev, Evez Bayramov, Damet Bağırov, Hesen İsrafilov, Müzeffer Memmedov, Xankişi Xankişiyev, Kamil Qafarov, Mehemmed Cemilov, Esed Mirzayev, Nazim Eminov, Rövşen Quliyev, Atik Kerimov, Ümidvar Eliyev, Qabil Manafov ve.s servetini, obyektlerini araşdırsın. Sonra da o obyektlerin deyerini, onların hemin vaxtdakı resmi maaşları ile müqayise etsin

Tebriz 2018-04-27 00:03:35

Asif Merzili araşdırma aparmaq isteyirse gedib Edalet Muradova qeder UNECi bazara çevirenlerin servetini, obyektlerini araşdırsın. Sonra da o obyektlerin deyerini, onların hemin vaxtdakı resmi maaşları ile müqayise etsin

mamed 2018-04-27 00:03:35

Buridan eşşəyi lətifəsinə mənim də bir əlavə modern lətifəm var. Zanzibar mahalında bir bələdiyyə sədri olur, elə hey deyirdi ki, mahalda bir kişi var. İndi mahal qalıb kişisiz. Sən demə həmin "kişi" əsl "mama roza" imiş.

matin 2018-04-27 00:03:35

Təzadlar-reketçi qəzet deyil.Asif Mərzili isə çox yaxşı qələmi olan sanballı bir jurnalistdir.Bəzən vətəndaş yanğısı jurnalistliyə manedir. reketçiliklə elə gülünc doğuran MŞ məşğul olur. ADİU-də isə onilliklərdir rüşvət davam edir. Ola bilər bir az miqyası azalıb.

Fərid Hüseynov 2018-04-27 00:03:35

Etibar müəllim yazıya görə Sizə təşəkkür edirəm. Mənim oğlum UNEC də oxuyur. Ədalət Muradovun bu ali məktəbdə apardığı islahatları görməmək korluqdan başqa bir şey deyil. İqtisad Universiteti ondan əvvəl rüşvət reytinqində 1-ci yerdə dururdu. Asif Mərzili kimi adamların Ədəlat müəllim kimi millətin qayğısına qalan bir şəxsiyyətin haqqında danışamağa mənəvi haqqı yoxdur.

t.ədalət 2018-04-27 00:03:35

Etibar müəllim,Sizi bir təhsil eksperti kimi alqışlayıram.Həm ziyalılıq,həm də milli düşüncənizə görə fərqlənirsiniz.Amma Mətbuat Şurasının üzvlərinin hamısın,az qala ətəklərində namaz qılınası bir şəxsiyyətlər kimi təqdim olunması məni şaşırtdı.Axı,onlarən bəziləri Vətənin ağır günlərində cəbhədə xidmət etməkdən yayınıbdir!...Ölkədə ən güclü reketlər bəzi dövlət orqanlarının əməkdaşlarıdır.Niyə onların adını "qara siyahıya" salan yoxdur?

Das 2018-04-27 00:03:35

Çox sağ olun, haqqı müdafiəetdiniz. Mətbuat şurasının isə ağzından qatıq tökülür. Niyə reket jurnalistləri müdafiə edir?????? Qardaş hər şey aydındır, nəyinsə müqabilində. Bir az da prezidentimizdən ibarət götürun Ay mətbuat şurası qətiyyətli olmağı bacarin, kişi olun, belələrini mətbuatdan uzaqlaşdırın, ona buna böhtan atıb pul müqabilində sifarişli yazar yaza bilməsin

Adəm 2018-04-27 00:03:35

Mən ötən il İqtisad Universitetrini qiyabi bitirmişəm. Həm Ədalət müəlimin vaxtında, həm də əvvəlki dövrdə baş verənlərin şahidiyəm.Ədalət müəllim həqiqətən rüşvətin kökünü kəsdi. Bunu danmaq Alahsızlıq olar.

Elburus 2018-04-27 00:03:35

Asif Merzili bilmelidir ki, ona yalan melumatlar ötüren UNEC-in o "tecrübeli" müellimleri Edalet Muradov gelene qeder milletin övladlarından o qeder rüşvet pul yığıblar ki, her birinin Bakıda ve xaricde bir neçe bahalı obyekti var. Obyektlerinden topladıqları icare haqqları o qederdir ki, heç UNECdeki emek haqqı onları maraqlandırmır. Meqsedleri Edalet Muradovun UNECden getmesi ve onların yenıden rüşvete başlamalarıdır. Asif Merzili araşdırma aparmaq isteyirse gedib bu adamların obyektlerin araşdırsın.

Xanlar Gurcustanli 2018-04-27 00:03:35

Salam Etibar bey. Sen Azerbaycan xalqinin qaymagisan. Opurem! Senin qelbine qurban olum!

Son yazılar