KREML ERMƏNİSTANLA BAĞLI HƏRƏKƏTƏ KEÇDİ - İrəvana  məxfi səfər...

Nalbəndyan və Gevorkyan Rusiyaya çağırıldı

Ermənistanda etirazlar dünən də davam edib. Müxalifət lideri Nikol Paşinyan bəyan edib ki, yeni hökumət başçısı seçilməyənədək aksiyalar dayandırılmayacaq. O, tərəfdarlarını hakim Respublika Partiyasının hakimiyyətdən tam kənar edilməsinə nail olmayınca itaətsizlik aksiyalarını davam etdirməyə çağırıb. “Biz bu işi axıra çatdırmaq üçün daha bir addım atmalıyıq. İtaətsizlik aksiyası sabah (bu gün - red.) saat 12-də  yenidən başlanmalıdır”, - deyə o, xalqa müraciətlə bildirib.

Etiraz aksiyaları Ermənistanın başqa şəhər və rayonlarında da keçirilib. Müxalifətin geri çəkilmək niyyətində olmadığını görən Ermənistan parlamenti isə mayın 1-də xüsusi iclas çağırıb. “Yeni Müsavat” erməni mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan parlamentinin sədri Ara Babloyan açıqlama verib. Spiker deyib ki, ölkənin yeni baş nazirinin seçilməsi məsələsi də həmin iclasda həllini tapa bilər.

“Nikol Paşinyanın hakimiyyətə gəlişi Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxaracaq”. Bunu Avropanın Erməni İttifaqları Forumunun vitse-prezidenti, Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi Vladimir Poqosyan deyib (Publika.az). Onun sözlərinə görə, Nikol Paşinyan indi artıq ciddi strateji səhvlərə yol verir və bu səhvlər qaçılmaz nəticələrə gətirib çıxara bilər. Poqosyan hesab edir ki, Ermənistanda bir sıra nazirlər, həmçinin Mərkəzi Bankın başçısı valyutanın ölkədən çıxarılmaması üçün vəzifələrindən kənarlaşdırılaraq həbs edilməli idilər. O, Paşinyanın boş xəzinəylə hakimiyyətə gələcəyini, ölkədə xaos vəziyyətinin yaranacağını iddia edib.

Keçmiş məmurun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlmək üçün keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan, həmçinin separatçıların lideri Bako Saakyanla sözləşməyə girdiyi barədə məlumatlar var. Poqosyan bildirib ki, bu üçlük öz hədəfləri üçün Paşinyandan istifadə edir.

Ermənistanda baş verənlərdən Rusiyanın narahatlıq keçirdiyi getdikcə daha aydın görünür. Aprelin 26-sı, səhər saatlarında Ermənistanın baş nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Armen Gevorkyan Moskvaya uçub. Ondan bir gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan da təcili Moskvaya çağırılıb. Virtualaz.org xəbər verir ki, Nalbəndyanın Moskvaya getdiyini Ermənistan XİN rəsmən təsdiqləməyib, amma nazirin “ezamiyyətdə olduğunu” bildirməklə kifayətlənib.

Analitiklərə görə, Moskva Ermənistanda qəfil vüsət alan xalq hərəkatının nəticəsində Serj Sərkisyanı hakimiyyətdə saxlaya bilməsə də, “Qazprom”un adamı Karen Karapetyanın heç olmasa keçid müddətində baş nazir postunu tutacağına ümid edirdi.Lakin Paşinyan hakimiyyətə ultimatum verib və ölkədə artıq hökumətin olmadığını elan edib. Nəticədə Moskvada Ermənistanın nəzarətdən çıxacağına dair narahatlıqlar artıb. Proseslər başlayandan bəri ilk dəfə Putin situasiyaya müdaxilə edib və Ermənistan prezidenti Armen Sərkisyana zəng vurub. Habelə Rusiya səfirliyinin diplomatları Paşinyanla danışıqlar aparıblar. O cümlədən erməni mənşəli rusiyalı oliqarxlar Paşinyana xəbər göndəriblər ki, Karapetyanı da devirməyə qədər gedib çıxmasın. Lakin fanatik Paşinyan bütün bu şərtləri rədd edib.

Patruşev ile ilgili görsel sonucu

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin isə gözlənilmədən, məxfi şəkildə bir neçə saatlıq İrəvana səfər edib. Paşinyan Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinlə görüşünün detallarını danışıb. Axar.az xəbər verir ki, RBK televiziyasına müsahibəsində Paşinyan görüşün öz təşəbbüsü ilə keçirildiyini bildirib.

Ermənistan paytaxtında yaşanan gərgin hadisələr işğalçı ölkənin təmsil olunduğu təşkilatlarla əlaqələrinə də təsir edib. Ermənilər hətta “Rus NATOsu”nun toplantısından da kənarda qalıblar. Musavat.com-un erməni mətbuatına istinadən yaydığı məlumata görə, Ermənistan nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanın Almatı şəhərində keçirilən toplantısına qatıla bilməyib.

 

Bu arada keçmiş baş nazir Serj Sərkisyan Respublika Partiyasının parlament fraksiyasına məktub göndərərək onları görüşə çağırıb. Yayılan məlumata görə, Sərkisyan Respublika Partiyasının deputatları ilə görüşü zamanı partiyanın baş nazir vəzifəsinə irəli sürəcəyi namizədləri müzakirə edib (Axar.az). Erməni mənbələri onun görüşdə baş nazir postuna Karen Karapetyanla bərabər, İrəvan meri Taron Marqaryan və keçmiş prezident Robert Köçəryanın da namizədliyinin irəli sürülməsini təklif etdiyi bildirilir. Sərkisyanın bu təklifi partiyanın deputatları tərəfindən xoş qarşılandığı, Karapetyanın namizədliyini isə respublikaçıların heç də hamısının dəstəkləmədiyi iddia olunur. Sərkisyan partiya sədrliyindən getməyə də hazır olduğunu deyib. Məlumata görə, sədrin dəyişdirilməsi barədə müzakirələrə başlanması qərara alınıb.

İşğalçı ölkədə yaşananların Azərbaycana nələr vəd etdiyi gündəmin əsas suallarındandır. “Azərbaycan indiki şəraitdə siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür. Bu da gələcək məsələlər üçün Bakıya çox böyük və vacib zəmin yaradır”.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Bunu Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq tezliklə Ermənistanın strateji xəttində bölünmənin gedəcəyini və bununla da İrəvanın siyasətinin dəqiqləşəcəyini açıqlayıb. Sabiq nazir deyib ki, Paşinyanın həm daşnaklarla yaxınlığı var, həm də Levon Ter-Petrosyanla fikirləri üst-üstə düşür. “Azərbaycanın mövqeyinə gəlincə, biz bilirik ki, Ermənistanda hakimiyyəti kim ələ alsa, dərhal populist şüarlarla çıxış edəcək. Bu populist şüarlar isə ilk növbədə Dağlıq Qarabağa aid olacaq və Paşinyan artıq Qarabağ məsələsinə sərt mövqelər tələb edib. Bu da onu göstərir ki, geosiyasi baxımdan Ermənistanın vəziyyəti dəyişməyəcək. İrəvan Moskva ilə indiyə qədər necə bağlı olubsa, bu bağlılıq ən azı təhlükəsizlik məsələlərində bundan sonra da davam edəcək”, - deyə T.Zülfüqarov bildirib.

Politoloq Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Moskvaya, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin isə gözlənilmədən, məxfi şəkildə İrəvana səfərinə də münasibət bildirib: “Bu gediş-gəlişlər, təbii ki, texniki məsələlərdir, görünür, hansısa mövqelər dəqiqləşdirilir. Hər halda Azərbaycan indiki şəraitdə siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür. Bu da gələcək məsələlər üçün Bakıya çox böyük və vacib zəmin yaradır”.

 

“Qarabağda, qısamüddətli də olsa, daha ağır nəticələrlə müşayiət oluna biləcək silahlı toqquşma olması riski çox yüksəkdir”. Bunu isə ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. Hərbi ekspert bildirib ki, Rusiya siyasi-hərbi rəhbərliyi Ermənistanda öz vassalını qoruyub saxlamaq üçün Qarabağ kartından istifadə etməyi də mümkün variantlardan biri kimi işə salmağa hazırlaşır: “Tam ciddi olaraq Azərbaycan siyasi və hərbi rəhbərliyinə müraciət etmək istərdim ki, yaxın bir neçə gündə və həftələrdə son dərəcə ayıq-sayıq olmamız gərəkdir. Moskva Ermənistanda rəhbər seçimi məsələsində öz istəyinə nail olmaqda çox böyük çətinlik çəkdiyinə görə, ola bilsin cəbhədə yaxın saatlarda və günlərdə şiddətli toqquşmalar başlasın”.

Yazı çapa hazırlanarkən Ermənistanda aksiyalar davam edirdi. Nikol Paşinyan etirazçıları diqqətli olmağa çağırıb: “Biz ehtiyatlı olmalıyıq, çünki bəzi qüvvələr əks-inqilaba çalışır. Şəhərdə nömrəsiz avtomobillərin hərəkəti təsadüfi deyil. Onlar bununla əhali arasında narazılıq yaratmağa cəhd edirlər”(musavat.com).

635x100

Şərhlər

Analitik 2018-04-27 09:14:39

Beli, bunlarin agina da lenet, qarasina da! bu daha chox rusiyanin ve qerbin konspirativ oyunlarina benzeyir,,Eledir ki var..uzun iller kechir, kohne iqtidar torpaqlarimizi qaytarmaq kimi fikirlere gelmek isteyende onlarda bir qarishiqliq teshkil olunur ve biraz musbete dogru prossesler yeniden lengidilir.. O vaxt petrosyan, demirciyan sonra kocharyan da, hele getdiler. Ancaq, her bir halda cemiyyetde ehalinin iqtisadi durumu (resmi reqemlerle ve cuzi yox) real artdiqca, siyasi stabillik de mohkem olardi!

Yehya 2018-04-27 09:14:39

Novbeti ermeni tamasasidi.Qarabagla bagli her sey hell olmusdu.Digalarin iqtidari teslim olmusdu.Ozleri oyun qurdular ki her sey yene sifira qayitsin.Azeri metbuati bu hadiselerin neyine sevinir anlamiram.Digalarin indiki hakimiyyetini pisleyir digalari pis saxladigi ac qoydugunu deyir.Lap yaxsi da.Niye digalarin teessubunu cekir azeri metbuati.Qoy ele serjikin destesi indi ozununkuleri qirsin hamisinin birden koku kesilsin.Ilanin agina da qarasina da lenet.Azeri metbuati,pasinyan da serjin bir tayidi.oyan.

R-n 2018-04-27 09:14:39

Bu shou tek Pashinyanin deyil,butun ermenilerin hiylesidir.Her defe nese munagishenin helline yaxinlig olanda,gah parlament gullelenir,gah hansisa diga istefa verir.Indi de bele yaxinlig Rusiya ve Turkiyenin munasibetlerinin istileshmesi neticesinde yaranmishdi.Bu shou yaranmish situasiyani oz xeyrine hell etmek ucundur.Xoruzu guyrugu tez gorundu.KTMT-nin Garabaga mudaxilesi,Azerbaycana silah satilmamasi ve s.kimi telebler goyulur rusun garshisina.Rus da boynuna aldi ki,Bakinn gabaginda biz durmushug...

mamed 2018-04-27 09:14:39

Müharibəni kim edəcək. ...........

Azad Qarabaglı 2018-04-27 09:14:39

Azərbaicanın 30 illik xam xəalı davam edir. Çox gərgin haldır. Gümrü bazası və Erebunidən 366-cı dvizia kimi faciələr mümkündür. Rəsmi Bakı Kremldən onların celd Rusia aparılmasını rica edməlidir.

Nadir 2018-04-27 09:14:39

Bismillahir-Rəhmanir-Rəhim Azərbaycanın keçmiş xarici işlər hörmətli naziri Tofiq Zülfüqarov deyir:Hər halda Azərbaycan indiki şəraitdə siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür. Bu da gələcək məsələlər üçün Bakıya çox böyük və vacib zəmin yaradır”.Mən bu fikirlərlə razı deiləm.Sizin yaddınıza bir hadisəni salım.SSSR dağilanda Ermənistan qəti sürətdə MDB-yə girməkdən imtina etdilər.Biz də MDB-ə girməkdən imtina etdik.Nəticədə nə oldu?Biz imtina etdikdən sonra onlar, ağ artda MDB-ə girdilər. İndi nə ola bilər? Biz ABŞ və Avropadn aralı dayanırıq.Onlar yenədə bizdən qabaq ABŞ və Avropaya girəcəklər. Biz qalacağıq.Nəticədə onlar 1-ci olacaqlar.Biz onlardan sonra bu işləri görəcəyik və onda da ögəy evlad olacağıq. Onların ipinin üstünə odun yığılası deyil.

G.M 2018-04-27 09:14:39

Ermənistanda bu vəziyətdə hakimiyətə kimin gəlməsindən asılı olmayaraq..Qarabağ məsələsində heç bir müsbət dəyişiklik olmayacaq.Lakin,Paşeniyan uzaqgörənlik nümayiş elətdirib,hakimyəti Rusiyadan uzaq vəziyətə gətirə bilsə Qarabağda güzəştə gedib,Ermənistanın inkişafına xidmət edəcək Azərbaycan dəstəyi qazana bilər.Adicə ətraf rayonları qaytarıb,uzunmüddətli Sülhə nail olar.Və bu müddətdə də Beynəlxalq lahiyələrə də daxil olar.Onsuzda ermənistandan qovulmuş azərilərdən qalmış torpağı da kifayət qədərdi.

Azer 2018-04-27 09:14:39

birde bele wansimiz olmayacaq muharibe etnmeliyik vesselam!!!

t.ədalət 2018-04-27 09:14:39

ermənistandakı demokratik hərəkatı dayandırmaq üçün,ola bilsin ki Rusiya Qarabağda təxribat etsin.Əgər belə hal olarsa,dünyanın bizə olan münasibəti mənfiyə doğru dəyişər və Rusiya bununla DQ ərazilərinin azad olunmasını uzun illər əngəlləyər.Deyirlər ki,"su içəndə ilan adama dəymir".İndi ermənilər "su içən adama" bənzəyir, rusiyadan qopmaq üçün mübarizə aparırlar.Bu,o deməkdir ki,Rusiyanın DQ-də qurduğu işğalçılıq planları da heçə enəcək.Biz özümüzü Rusiyanın təxzribatlarından qorumalıyıq!

Son yazılar