PENSİYA FONDUNDA BÖYÜK "YEYİNTİ" AŞKARLANIB! - Sabiq nazirlə bağlı yeni iddialar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsait yoxa çıxdığı aydın olub. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda söhbətin bir neçə milyard manata qədər vəsaitdən getdiyi deyilir.

Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb.

Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb.İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir.

Onu da qeyd edək ki, son illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ciddi artımların olmaması müntəzəm olaraq müzakirə edilir. Belə ki, gəlirlərin artım tempinin ölkədə açılan yeni iş yerlərinin artım tempindən on dəfələrlə geri qaldığı bildirilir. Fondun hesabatlarında sosial sığorta qeydiyyatına duranların sayında artım əksini tapsa da, gəlirlər arasında dövlət büdcəsindən ayrılan transfertlərin həcmində azalma qeydə alınmayıb. Məntiqlə, sığorta uçotunda duranların sayı artırsa, ona mütənasib olaraq da əməkhaqqından sosial sığorta ödənişləri artmalıdır. Lakin DSMF-nin gəlirlərində qeyd olunan ödənişlərin müvafiq artımı qeydə alınmayıb. Eyni zamanda pensiya təyinatı və ödənişi sistemi hələ də ən çox korrupsiyalaşmış sahələrdən biri kimi tanınmaqdadır. Əhalinin bununla bağlı narazılıqları kifayət qədər çoxdur.

Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-ci illər arasında qısamüddətli dövrdə Fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən Fond yenidən S.Müslümovun nəzarətinə keçib – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.

DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi,  əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var.

Ötən illərdə həmçinin Fondun Goranboy və Laçın şöbələrindəki irihəcmli korrupsiya və mənimsəmə faktları üzrə cinayət işi qaldırlıb. S.Müslümovun sədr olduğu dövrdə aparılan araşdırmalar göstərib ki, DSMF Goranboy rayon şöbəsində ilyarımdan az müddətdə  mövcud olmayan şəxslərə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənilib. Təxminən eyni faktlar Laçın rayon şöbəsində də aşkarlanmışdı.

Bundan əlavə, son aylarda mətbuatda Sosial Müdafiə Fondunun bir neçə şöbəsində Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparıldığına dair məlumatlar yer alıb. Belə şöbələrdən biri kimi Suraxanı rayon şöbəsinin adı çəkilib, yoxlamaların şöbənin sabiq əməkdaşlarının şikayəti əsasında başladıldığı, daha sonra məsələnin böyüyərək Fond və nazirlik rəhbərliyinə qədər uzandığı qeyd olunub. Bütün bunların Fond və tabe olduğu nazirlik tərəfindən təkzib olunmaması isə yayılan məlumatların reallıq ehtimalını qat-qat artırır.  (“Yeni Müsavat”)

635x100

Şərhlər

hərbici pensiyacı 2018-04-27 16:56:39

əgər bəziləri fikirləşsəki bu yazılar qərəzlidir səlim işdən cıxarılandan sonra yazılır xeyir əgər həqiqət araşdırılsa bu dsmf soyguncularının onlara qarşı qaldırılmış iddiaları verilmiş məhkəmə qətnamələri və onların necə yerinə yetirilməsi araşdırılsa oradan o saat aydın olacaqki bu quldurların iş prinsipləri necə olub məhkəmə qətnamələrini necə icra ediblər.onların ogurlug rüşvət alma mexanizmləri o saat hüquq mühafizə orqanı işcilərinə aydın olacaq.

pensiyacı 2018-04-27 16:56:39

sizə belə edərik siz bilinki sizin həyatınız bir qurup ogru məmurdan asılıdır onlar necə istəsə elədə olmalıdır bütün bu deyilənlər və deyilməyənlər səlim müslümov qruplaşmasının qohum klanının munirlərin agalarların və onlarla dsmf dəki başqa dəstə özvlərinin illərlə vətən ugrunda canından kecmiş və kecməyə hazır olan şərəfli azərbaycan hərbicilərinə etdiyi qanunsuzluqlar haqsızlıqlardı.nəyə görəsə bütün bunların üstü prezident işə qarışanda acılır ictimailəşir bəs audit hüquq mühafizə orqanları hara baxır

hərbici pensiyacı 2018-04-27 16:56:39

səlim müslümovun soyguncu dəstəsi bu qədər dövlət vəaitini mənimsədikləri öz qurduqları maxinasiya ilə kifayətlənməyib azərbaycanin onlarla yuksək rötbəli zabitinin iki döyüş generalının məhkəmələr tərəfindən təsdiq edilmiş qanuni pensiya məbləgini alarkən onların cibinə girmiş veriləcək vəsaiti ya tam şəkildə yada 70 in 30a nisbətində huquqşönas munirin təşkilatcılıgı ilə onların əlindən almışlar.bu həmin insanlara o deməkdirki siz niyə ermənilərə qarşı vuruşurdunuz indidə vuruşmaga hazırsınız ona görədə

ewder 2018-04-27 16:56:39

selime weref ordeni duwur........

pensiyaçı-iqtisadçı 2018-04-27 16:56:39

Mən yeni DSMF-nin sədrindən çox xahiş edirəm 2017 -ci ilin 01 iyulundan qüvvədə olan ,işləyən pensiyaçıların 2006-ci ildən fərdi uçotda yığılmış vəsaitin pensiyanın üzərinə gəlməsində edilən maxinasıyaları araşdırsınlar. Çox çox qanunsuzluqlar ediblər. Pensiyaçılar aldadılıb.Bunu Allah götürmədi.Bu dərəcədə qansızlıq olarmı. 3-5 nəfərı nümunə üçün hesablansa hər şey üzə çıxacaq.

TQ 2018-04-27 16:56:39

Bir kasıb gedibmiş ünvanlı sosial yardım almağa, deyiblər həyətində 3 toyuğun var sənə yardım düşmür... Sözün bitdiyi yer... Allah heç olmasa təzə nazirin ürəyinə rəhm salsın.Uğurlar arzulayırıq!

Cəlal 2018-04-27 16:56:39

Maraqlı ölkədə yaşayırıq.20-30 il adam sökür,sanki bu ölkədə audit.polis,prokuror nəzarəti yoxdur.Bu necə ola bilər ki,bu qədər il bu boyda məbləğdə pul hesabdan itsin və bunu görən olmasın.Bu mümkündürmü? Əsla yox! Nə qədər ki, Müslümov oturmuşdu yerində bu məsələnin üstünü açan olmadı.Niyə? Elə buradan başlanılmalıdır.Beılə nəzarətsiz ölkə dünyada varmı? Həqiqətən biz analoqu olmayan ölkədə yaşayırıq.

Randa 2018-04-27 16:56:39

Bunu niyə tutmurlar.BAŞ prokurorluq nə ğözləyir.

Bayram 2018-04-27 16:56:39

Bir xalq mahnımız var ey: "Qaladadan top atdılar ayılmadım". Nə təhər olur ki 1-2 min manat oğurlayanı tutub basırlar içəri, lakin 2.5 milyard manat, yəni 100-luk paçkaları ilə 25 ton çəkidə olan yük heç kimin gözünə görünmədi. Cənab Şərifov, Mehdiyev bu boyda yükü heç kim görmədi? Aazpolitika xahiş edirəm şərhimi verin.

vəgan 2018-04-27 16:56:39

Bəs bu səlimin villasıni Mehman Hüseynov video cəkəndə, oda soruşurdur hardandır bu villanın pullu,onda Mehmanı Hüseynovu tutdular amma əksinə araşdırıb səlimi tutmalıydılar.

Vətəndaş 2018-04-27 16:56:39

Cənab Nazir Sahib Babayev yəqinki Bahadur kimilərin vəzifədə qalması məsələsinə baxacaq, Nazirlikdə və tabeli strukturlarında təmizləmə işləri aparacaqdır.

Vətəndaş 2018-04-27 16:56:39

Burada ən maraqlısı odur ki, bu hal 1 günün,bir lin işi deyil.Bəs Azərbaycanın hüquq mühafizə, audit,nəzarət orqanları niyə yatıb?Bu yalnız nazirlər 10 il,15-25 il dağıtdıqdan sonra işdən çöxarıldıqda ortaya atılır? Bu necə idarəçilik sistemidir?Rabitə, Nəqliyyt, vergi, gömrük,miqrasiya,diasporda başçılar yalnız işdən çıxarıldıqdan sonra bəlli olur.Bunlar illərlə taladılar,yuxarılar yatdı. Bəs yerdə qalanları? Onlar da geridə qalmayıbar.Guya Əmlak,Məhkəmə, təhsil,Səhiyyə bunlardan geri qalıb?Sadəcə ...

Əlosət Ağayev Şəki 2018-04-27 16:56:39

Mən Səlim Müslimovun korrupsioner oldugu haqda hələ 2014-cü ildən intrnet saytlarında bir çox faktları üzə çıxartmışdım. Məhz Səlim Müslimovun DSMF-nin Şəki şöbəsinə təyyn etdiyi Bahadur adlı kassiri vasitəsilə yeni pensiyaya çıxan vətəndaşlardan küllü miqdarda çirkli pullar yığılır. Həmin pullar Səlim Müslimova çatdırılır deyə, bu gün Şəkidə Bahadura gözün üstündə qaşın var deyən yoxdur. Mənim rüşvət əlehdarı olduğuma görə, 27 aprel 2015-ci ildə, 37 il 6 ay fasiləsiz əmək stajıma və 1 yanvar 2006-cı ildən yığılan sosial kapital fonduma görə, mənə cəmi 210 manat pensiya, ancaq,məndən aşağa stajı olan şəxslər, S.Müslimovun rüşvətxor komandasına bəri başdan rüşvət vrənlərə, 290 manat pensiya hesablamışlar. Bunula əlaqədar hökümətə sualım: " Bu gün mən 66 yaşımda, 46-cı ildir ki, dövlətə xidmət edirəm. Allah eləməmiş, məni sabah içdən kənarlaşdırsalar, mən 7 növ xəstəkiklərdən əzab çəkən xəstə həmin 210 manatla neçə gün yaşaya bilərəm?

patriot 2018-04-27 16:56:39

Hə nə olsun hami yeyib yeyir o da yeyib burda nə varki ğuya mahmudovlar və başqalari qaytardi pullari buda elə

sevdimalı 2018-04-27 16:56:39

bütün bunları o yuxarıda oturan məmurlar bilmirlər ya görmüyüblər bəyəm.....

Şəkidən 2018-04-27 16:56:39

Şəki Məşğulluq Mərkəzinidə yoxlamaq lazımdır, çünki heç bir savada malik olmayan iDMAN MÜƏLLİMİ olan Elçin Salamovu direktor vəzifəsinə təyin ediblər. Elçinin vəzifəsi vətəndaşı incitmək,dövlətdən narazı salmaqdır..... Yəqin ki, Nazir Sahib Babayev belə kadrlarla vidalaşacaqdır

yusif 2018-04-27 16:56:39

bu geydirmə yeyinti sözünü bu dilə soxmuş olan o qanmaza lənət olsun. hər şey elə içintidən başlayıb ...korrupsion latıca çürümə.Çürütmə deməkdir..bunusa sosial viruslar, mikroblar törədirləf durmadan..

pensiyacı hərbici 2018-04-27 16:56:39

dünənki şərhimizdə bu kulli miqdarda yeyinti barəsində bilməsəkdə bəzi şeylər aydın idi.yəni muharibə veteranı 25-30 il qulluq edib muharibə iştirakcısı hərbicinin cibinə girən onun ailəsinin vəsaitini mənimsəyən hec hərbi xidmət belə görməmiş belələri ola bilməzki dövlətin budcəsinə cibinə girməsin ona öz xalqına sədaqətlə xidmət etsin.onların başları pul qazanmaga şəxsi varlanmalarına o qədər qarəşmışdıki öz vəzifə borcları və insanlara yaralı qoca və xəstə hərbicilərə qarşı insani munasibət yadlarına düşmür

SUAL 2018-04-27 16:56:39

NƏ ƏCƏB, NƏ ƏCƏB BU YAZİDA MUSAVATİN MUSqulusu əmək və əhalinin sosial mudafiəsi nazirliyidə baş verən qanun pozuntularini sabiq milli təhlukəsizlik naziriilə ƏLAQƏLƏNDİRMƏYİB? OLA BİLƏRMİ Kİ ARİFİN OĞLU RAUFU YEMLƏYƏNLƏR HƏLƏ BU SİFARİSİ ONA VEMEYİBLAR YA?

Bashirov Qarib 2018-04-27 16:56:39

2,5milyard o qədər böyuk puldur ki,(100-luk paçkaları ilə 25 ton çəkidə) bunu görməmək sadəcə olaraq korluqdur. Bu nə deməkdir,lap uşaq baxçasını da yoxlasan milyon yeyinti uzə çıxır.Canavar surusu kimi talan edirlər.Qocaları, əlilləri talayırlar.

Müfəttiş 2018-04-27 16:56:39

Raufa-əllərinə sağlıq,, əla yazmısan. Xalq S.Müslümovun həbsini deyil, mövcud pensiya haqqinda qanunun dəyişdirilməsini istəyir....

AAgahuseyn 2018-04-27 16:56:39

Bizim təqaüdləein bu ğünə düşməsi qapısını Allah baqlamış müslümovun işidir.Bu barədə cox yazmışıq nə fayda.Təzə Nazir təqaüdlərə baxsa yaxşı olar.

G.M 2018-04-27 16:56:39

Cümlə Aləm bilirdi ki,S.Müslümov anoloqu olmayan .... birisidir.Sadəcə kimlərsə onun əməllərini daldalayırdılar.O da qorxu bilmədən büdcənin pullarını xerclyirdi istediyi yerə....

R-n 2018-04-27 16:56:39

....Pensiya fondunda bu geder yeyinti olar?Ve azadligda gezmek nece olar?Hansi nazirliyi yoxlasan,gorersen dovletin evini nece yixiblar.Bele cixir ki,dovleti dagitmalidirlar ve hami bunlari teriflemeli,"kosmik inkishafi"goze soxmalidirlar.Ancag goz;ayirler ki,birini ishden cixarib emlakini menimsesinler.

rauf 2018-04-27 16:56:39

Gorunur ki, bu yeyintilerden “Yeni Müsavat”a bir sey catmayib

Vətəndaş 2018-04-27 16:56:39

Deməli,S.Müslümovdan prezident adminstrasiyasında və digər orqanlarda şikayətlərə real baxılmasa da şikayətşilər haqlı imişlər.Bunu aşkarlamaq üçün yalnız nazirin istefasımı lazım idi? İllərdir S.Müslümovun korrupsiyasınndan,qanunsuzluqlarından olan şikayətlər baxılmadı.ölçü götürülmədi.Demokratik idarə etmə beləmi olur?Hansı qaldı ki? Vergi.rabitə,nəqliyyat.Sosial müdafiə,Gömrük və.... necə idarə olunub?Nazirlər Kabineti kimlərdən təşkil edilib?Hələ davam edəcək.Çünki təməl doğru deyil! Köklü dəyişməlidi

Son yazılar