“Hakimiyyət dəyişikliyindən sonra Ermənistan KTMT-də qalacaq” - Paşinyan

Hakimiyyət dəyişikliyindən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzv kimi qalacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Gümrüdə keçirdiyi mitinqdə bəyan edib.

“Ermənistanın KTMT-də qalacağına zəmanət verirəm. Çünki bu Ermənistanın milli maraqlarına cavab verir”, deyə N.Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, rəhbərlik etdiyi hərəkət Rusiyaya qarşı düşmən mövqedə deyil və ölkəni düşüncəsiz, macəralı yola sürükləməyəcək.

Paşinyan hökuməti istefa verməyə və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar