"Yol xəritəsi tətbiq edilsə, YPG geri çəkiləcək" - Çavuşoğlu

Yol xəritəsi tətbiq olunarsa, YPG Menbiçdən geri çəkiləcək. Əks təqdirdə, biz Afrində olduğu kimi terrorçulara müdaxilə etmək məcburiyyətində qalacağıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra bildirib.

"Pompeonu qətiyyətli gördüm, nə etmək lazım olduğunu danışdıq. Menbiçdə təqvimə uyğun olaraq lazım olan addımların atılması vacibdir. Menbiçdə ABŞ ilə birlikdə hərəkət edəcəyik. Menbiç modelini Suriyanın digər yerlərində, xüsusilə Fəratın şərqində həyata keçirəcəyik", - Çavuşoğlu söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar