Tacikistanda 4,3 bal gücündə zəlzələ olub

Tacikistanda 4,3 bal gücündə zəlzələ baş verib.APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 23:49-da qeydə alınan yeraltı təkanların episentri Murğab qəsəbəsindən 78 km şimalda, ocağı 150 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bundan əvvəl 4,3 maqnitudalı təkanlar Qırğızıstan ərazisində də qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar