"ŞADLIQ EVLƏRİ AZƏRBAYCAN XALQININ VƏHŞİ HƏYAT TƏRZİNİ GÖSTƏRİR" - Millət vəkili

Uzun illərdir ki, Azərbaycanda dəfn və yas mərasimləri təmtəraqlı bir hala gətirilib. Vəfat edənlərin yaxınları ehsan süfrələri açarkən qonşularından geri qalmamaq üçün daha yaxşısını etməyə can atırlar. Doğrudur, bir müddət öncə yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müəyyən addımlar atıldı, amma sonra yenidən əvvəlki vəziyyətə qayıdıldı. Verilən tövsiyələr unuduldu.

Hətta respublikanın müxtəlif yerlərində bəzi şadlıq evləri artıq funksiyasını dəyişib. Şadlıq evləri mərasim salonlarına çevrilir.

Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, şadlıq evləri yalnız mərasim zallarına çevrilsə dərd yarıdır.

“Şadlıq evləri həm də Azərbaycan xalqının ən anormal, vəhşi bir həyat tərzini göstərən modelidir. Dünyanın heç bir yerində şadlıq evi yoxdur. Hətta Rusiyanın bir kəndində belə şadlıq evi tapa bilməzsən. Orada azərbaycanlılar şadlıq evi tikməsələr, başqa kim tikər ki... Nəyə lazımdır axı toylara bu qədər məsrəf qoymaq. Ona görə şadlıq evlərinin mərasim zallarına çevrilməsi xalqın faydasınadır”.

Fazil Mustafa təmtəraqlı yas mərasimlərinin yenidən dəbə minməsi ilə bağlı da fikirlərini bildirib.

“Dəbdəbəli yas mərasimlərinin keçirilməsi bizim milli adət-ənənəmizdir. Amma bu, mənasız bir ənənədir. İnsanların dinlə bağlı təsəvvürlərinin doğru olmamasından qaynaqlanan bir ənənədir. Ona görə də bu halları ortadan qaldırmaq hələ ki, mükün olmur. Cəmiyyətimiz şöhrətpərəst cəmiyyətdir. Hətta onun-bunun müqayisəsində özünün həyatını qurmuş cəmiyyətdir. Ona görə də bu cəmiyyətin yası da, toyu da belə olmalıdır . Çünki insan öz həyatının mənasını, özünə faydalı olanı bilmirsə, bunu qanunla bildirmək mümkün deyil”.

635x100

Şərhlər

Arif 2018-04-28 15:23:49

TƏHSİLİMİZİN MƏHV OLMASI İLƏ MƏN DƏ RAZIYAM.

Dr.AGAOGLU 2018-04-28 15:23:49

SERHSIZ

Xalq 2018-04-28 15:23:49

Bu xalqı vəhşi adlandıran azidi.... Əəə nəyinizə lazımdı kim yas verir, kim vermir? Dərdiniz qurtarıfmıəəə?...

Amin 2018-04-28 15:23:49

Şadlıq evlərinin sahibləri sənin sağ-solunda oturanlardır."Vəhşi həyat tərzi" ifadənizi geri götürsəniz yaxşı olar.

avam 2018-04-28 15:23:49

Fazil bəy,heç vaxt Azərbaycanda sadə həyat tərzi keçirən məmura,sadə məclis keçirən şəxsə hörmət görməmişəm.o cür məmurları cəmiyyət lağa qoyur.məclisdən gələndən sonra da "acından öldük"deyinən kimlərdir görəsən.bizdə həmişə pullulara yaltaqlanırlar(heç bir qəpiyini ona verməyəcəyini bilə-bilə)bu xəstəliyin əlacı uzun illər olmayacaq bəlkə də

F.Mustafayevə 2018-04-28 15:23:49

Fazilniye demir ki, səriştəsiz idarə və dağıdılmış iqtisadiyyat,məhv edilmiş təhsil, milləti çıxılmaz vəziyyətə salıb.Dünya iqtisadiyyatından,gedən maliyyə proseslərindən fərqli olaraq Azərbaycanda insanların aldığı maaş,təqaüd birdən birə iki dəfə dəyərini itirdi.Bazar və şəhər marketlərində qiymətlər artımı heç də dolların məzənnəsinə uyğun olmur.Bu da insanların maddi vəziyyətini çətinləşdirib.Niyə Fazil demir ki,ölkədə maliyyə,bazar iqtisadiyyatına nəzarət yoxdur. Boş-boş yazılarla baş qatır.

Seyid 2018-04-28 15:23:49

Millet vekili ucuz movzularnan xalgin bashini gatir Islahatlardan da danishsin da ba be bir

Fəradi 2018-04-28 15:23:49

Fazil bəy yaziya görə çox sağolun. G.M və Alı ilə tam razıyam. Hər günahı yuxarıların boynuna qoymaqla özümüzü təmizə çıxartmayaq. Fazil bəy nümunə göstərdi, arzu edirəm ALLAH ona bir daha vaxtsız kədər qismət eləməsin. Niyə biz fikirləşirik ki hər şey yuxarıdan başlayır. Gördünüz bədnam qonşularımız nə etdilər. Hələ ki bizlər heç nəyi başa düşmək istəmirik...

Vekil 2018-04-28 15:23:49

Xosuma gelen temadir bu israfciliq dunyada yoxdur! Sexsen dunyanin 60% ni gezen bir adamam men gormedim Sadliq saraylarina 100 min manatlarla gul cicek bezekler vurulur ay eblehler bu niye ve kime lazimdir puluvuz var dunyani gezin bu cox maraqli olacaq gulleri ise seher zibilliye atacaqlar menyuda 30 cur qida axi bele olar??? ....

Azər Naxçıvanski 2018-04-28 15:23:49

Gorsədir ki, o, da SSRİdən sonra milli kimi vəzifə qəsb edən, əslində ani-milli dagıdıcı ünsürmüş? Minlərlə dinc-mülkü azəri ailəsini hərbi hücumla qırmış və 500 minini baba evindən qovmuş erməni milləçiləri isə vəhşi dəilmiş-belələrinin diplomad həmkarlarımış? Digər biri də "Əraziləri Avropanın Minsk qrupu geri alacaq!"mış?, deirdi. Xalq izdihamını isə Qarabagdan əks xaricə azdırırdı.

SUAL 2018-04-28 15:23:49

HƏR BİR TOY SAHİBİ YALNİZ VƏ YALNİZ SADLİQ EVLƏRİNİN MAFİYOZLARİNA XİDMƏT EDİR. BU BAXİMDAN GƏNCLƏRİN ƏKSƏRİYƏTİ OZLƏRİNƏ BEL TOY MƏRASİMİ QURA BİLMİR. ELCİLİKDƏ BİRİNCİ SUALLARDAN BİRİ TOYUMUZ HANSİ SADLİQ EVİNDƏOLACAQ? AY İSİXİNDA, BOYUK SARAYDA, MİRVARİDƏ YA HARDA? BUNULADA MƏSƏLƏ BİTMİR AXİ. BİR AAM 2 SAAT ƏRZİNDƏ 100MANATLİQ YEMƏK YEYƏ BİLƏRMİ? BU VƏFSİLİK DƏYİLMİ?

X 2018-04-28 15:23:49

BIZ AC BEYLERIK.AMMA KUNAHKAR YUXARIDA OTURAN CENABLARDADI HER QADAGANI asagiya yoneldirler metbuatda oxuyursan filankesin 3 merasimi filan yerde kecirilecek

Türkoğlu 2018-04-28 15:23:49

BƏY SEÇKİDƏN YAZ ÖZ MÜNASİBƏTİNİ BİLDİR DEDİYİNƏ GÖRƏ MÜXALİFƏTSƏN QÜDRƏT KİMİ

Alı 2018-04-28 15:23:49

ACIDIR AMMA HƏQİQƏTDİR.Şöhrətpərəst, arsız,düşük millətik.Millətimizin VƏTƏN anlayışı özünün hasarından içəridəki ilə düz mütənasibdir.Hamısı elimsizliyin savadsızlıgin acı nəticəsidir.

Fazilə 2018-04-28 15:23:49

Azərbaycan xalqını özünüzlə qarış1dırmayın! Bu həyatı seçilməyən deputatlar,harınlamış memurlar haram pullarla yaradıblar.

kamalci 2018-04-28 15:23:49

Fazil yoldas sence bu xalqin en boyk derdi yeyib icmekdir?

Karvansara aləmi 2018-04-28 15:23:49

Fazil bek, daisinə bənzər deiblər. Hər oinəni doumamışlar üçün şadlıq məclisində qədimdən dogru həll üçün nemədlər Xonçası, indi masası açılır. Aləmdə belədir! Siz də, bizlərdənsiniz 15 ildir moda naminə islah və hədsiz xərclər çəkərək 1997-98-ci illərin güzəranına enmişik!?

G.M 2018-04-28 15:23:49

Azərbaycanda özünə müştəbehlik,hikkə,iddia ..Və sair bayağı münasibətlər ancaq özümüzə məxsusdur.Uşağı öz istəyimizə uyğun İnstuta qəbul etdirmək,Toyda övladın xoşbəxtliyindən çox imkanın ``şişirdilməklə nümayişi,hüzr yerində özünü reklam..bu kimi əcaib hərəkərlər ancaq bizə xasdır.Rüşvətxor məmur qohumuyla ancaq azərbaycanlı fəxr edə bilər.Fazil bəyin obyektiv yanaşması hər bir düşüncəli Azərbaycanlının ağrılı yeridir.``Çi fayda......``

t.ədalət 2018-04-28 15:23:49

İndi mərasim evlərinin sahibləri multi-milyonerlərdir.Zooparkın yanındakı,keçmiş "Tural" şadlıq evi Respublika DAM-nin rəisi Ramiz Zeynalova məxsusdur.Bakıda ən böyük mərasim evinə çevrilib.Digər mərasim evlərinin ağaları isə bəzi millət vəkilləri,nazir müavinləri və s. oliqarxlardır.Onlar heç vaxt imkan verməzlər ki,menyu ucuzlaşsın.Dövlət tərəfindən mərasim evləırinin vergidən azad edilməsi bu adamların iştahasını lap artırmışdır.

F.Mustafayevə 2018-04-28 15:23:49

Ruslar düz deyib: "Tebe neçeğo delat".Şadlıq ,toy mərasimləri etmək üçün yerlər bütün ölkələrdə mövcuddur.Amma formaca başqa cür.Məsələn, dünyada toy şənlikləri restoranlarda və ya xüsusi ayrılmış yerlərdə keçirilir.Misal: Türkiyə,Rusiya,Almaniya və sair. Toy,ad günü mərasimlərini şəxsin istədiyi kimikeçirmək üçün yer seçmək və menyu sifariş etmək imkanı mıvcuddur. İkincisi yas mərasimlərinin təşkili.hər vəfat edənin yerdə qalanlarının imkanı və arzusu ilə keçirilir.Bunu qadağan etmək demokratik olmaz!

aysberq 2018-04-28 15:23:49

Fazil bəy, görəsən kimdir günahkar?????? Əlbəttə "otellərdə kimlərəsə nələrəsi peşkəş edənlər"..

Hikmət 2018-04-28 15:23:49

Mən Sizin fikirlərinizə şərikəm! Vəzifəli şəxslərimiz belə xoşagəlməz hallarla mübarizəni gücləndirsələr və özləri israfçılığa son qoysalar daha yaxşı olar.

Николай 2018-04-28 15:23:49

Ay Fazil bəy, bu xalqı harasından bağlamaq mümkünsə, hər yerindən bağlamısınız.Məktəb, xəstəxana,hərbi xidmət, bank, xırdaları saymıram. Ağlı olsun bu xalqın, qohum əqraba, dost tanışı soyub aparıb bir dəstə dələduza verməsin. Bu da yuxarıda saydıqlarım kimi məcburi deyil ki.Həyasızlıq o yerə çatıb ki, gedib bahalı yerdə toy edir, özü də qonaqlara xəbər göndərir ki, yer pulu filan qədərdir. Qonaq hesabına krutoy kimi olur.Nə isə, bu xalq özü özünə bir bəladır. ..

Son yazılar