"Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub" - Nazir müavini (Yeniləndi)

"Yanğın barədə məlumat saat 12:10 Fövqəladə Hallar Nazirliyinin "Qaynar xəttinə" daxil olub".

"Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, yanğın 3 saatdan artıq davam edib: "Yanğın tam söndürülüb. Yanğının söndürülmısinə 25 texnika, 100- ə qədər canlı qüvvə cəlb edilib. Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub. Hazırda şəhrdə tıxacdı. İri texnikaların yanğın yerinə yaxşınlaşmasına çətinlik törədirdi. Yanğının səbəbi araşdırılır".

Nazir müavini qeyd edib ki, yanğın əsasən binanın 18-ci mərtəbısindən yuxarıda baş verib. Hadisə zamanı xəsarət alan olmayıb: "Bəzi saytlarda bir nəfərin özünü arması barədə məlumatlar verib. Bu tam əsassızdır.

Yanğınsöndürənlər arasında zəhərlənən olmayıb".

***

“Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın zamanı “Azərsu” ASC ərazini fasiləsiz su ilə təmin edb”.

“Report”un xəbərinə görə, bunu ASC-nin şöbə rəisi Anar Cəbrayıllı bilirib.

O qeyd edib ki, binanın yerləşdiyi ərazi 24 saat fasiləsiz su alan ərazidir və bu gün də belə olub:

“Həmin ərazidə “Azərsu” ASC-nin xətlərində normal təzyiqlə (3 atmosferdən artıq) su verilib. Yanğın zamanı Nəsimi Su Kanal İdarəsinin rəhbərliyi hadisə yerində və yanğınla əlaqədar yaradılmış qərargahda olublar. Amma onlara su olmaması ilə bağlı heç nə deyilməyib. Bildirmək istəyirəm ki, hətta yanan binanın işçilərinə icazə verilib ki, smart kartlarında su qurtarsa belə xətti birbaşa şəbəkəyə qoşub anbarlarını su ilə doldursunlar ki, yanğının qarşısı maksimum tez alınsın. Yanğın başlayan vaxtı binanın ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. “Azərsu” ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədirlər və onların verdiyi məlumata görə heç bir su qıtlığından söhbət gedə bilməz”.

Bu gün Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib və hər iki yanğın söndürülüb. Gündüz saatlarında baş verən birinci yanğın 3 saatdan artıq davam edib. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında yanğının uzun müddət davam etməsini ərazidə su qıtlığı olmas; ilə izah edib: “Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub”.

635x100

Şərhlər

Adsız 2018-04-28 23:40:03

Yanğında bşr neçe saat sonra yenşden alovlanması heç bir memleketde görünmeyen bir bacarıqsızlıqdır.

sual 2018-04-28 23:40:03

bu təsaduf yanxina oxsayirmi?

Alı 2018-04-28 23:40:03

Su yox idi K.Heydərov ÜFÜRÜB söndürəydi.Axı o fövqəlquvvədir.Day köpükdən heç danışmıram.Onun pulun yəqin çöxdan "köpüyə" döndəriblər.Onsuzda bizim pojarniklər yangın yerinə gedib çatandan sonra SU yadlarina düşür.

Son yazılar