Paşinyan Vanadzorda izdihamlı mitinq keçirir - CANLI YAYIM

Ermənistandakı müqavimət hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyanın rəhbərlik etdiyi avtoyürüşün iştirakçıları Vanadzora çatıblar və burada izdihamlı mitinq başlayıb.

Ermənistan KİV-ləri xəbər verir ki, avtoyürüş iştirakçılarını yol boyu Çarentsavanda, Qaqarində, Lçaşendə, Razdanda, Tsovaqüxdə, Sevanda alqışlarla qarşılayıblar.

İcevanda mitinq keçirilib. Bütün yaşayış məntəqələrində insanlar avtomobilləri saxlayaraq, Paşinyanı və onun tərəfdarlarını salamlayıblar.

Bəzi yerlərdə Paşinyan qısa çıxışları edərək, insanları diqqətli olmağa çağırıb.

Qeyd edək ki, avtoyürüşdə Paşinyanı erməni əsilli Kanada aktrisası Arsine Xancyan və kinorejissor Erik Nazaryan müşayiət edirlər.

635x100

Şərhlər

oxucu 2018-04-28 19:59:02

Hakimiyyətdən ev, pul və digər sərvət əldə etmək naminə rejimə trolluq edən Rauf Arifoğu kimi jurnalistlər ixtisasca yurnalist olan erməni Paşinyana baxıb utansınlar! Moderatorun bu şərhi verəcəyinə əmin olmasam da, hər halda, bir oxucu kimi fikrimi bildirdim... Gəli millət kimi özümüz-ğzümüzə qiymət verək.

Son yazılar