Daha bir məktəb direktoru işdən qovuldu - Seçkidə qanunları pozub

Seçki günü qanun pozuntusu qeydə alınan məktəbin direktoru vəzifəsindən azad edilib.

“AzPolitika"nın Axar.az-a istinadla verdiyi məlumata görə, Lənkəran rayonunda yerləşən Həzi Aslanov adına 3 nömrəli məktəbin direktoru Nəzakət Həsənovanın işinə son verilib.

Buna səbəb seçki günü sözügedən məktəbdə baş verən qanun pozuntusu olub. Uzun illərdir 3 nömrəli məktəbə rəhbərlik edən 70 yaşlı direktor N.Həsənovanın seçkiyə məsuliyyətsiz yanaşması və yol verdiyi nöqsan onun karyerasının sonunu gətirib. Qanun pozuntusundan sonra həmin seçki məntəqəsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib. Hətta mediada da həmin dairədə baş verən pozuntu ilə bağlı video-görüntülər yayılıb.

Maraqlı məqamlardan digəri isə N.Həsənovanın 70 yaşa qədər vəzifəsini davam etdirməsidir.

Xatırladaq ki, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrində nəticələr ləğv olunub.

635x100

Şərhlər

X 2018-04-28 22:03:55

ALLAH SIZI GULDURSUN

miri 2018-04-28 22:03:55

Məktəb direktoru seçki səhvlərinə görə işdən azad edilirsə təhsilimizin gələcəyi uğurlu olacaq. İrəli Azərbaycan.)))))

Son yazılar