Şamaxı sakini özünü su anbarına ataraq intihar edib

Şamaxı şəhərində intihar hadisəsi baş verib.

“Report” Şirvan bürosu xəbər verir ki, 1985-ci il təvəllüdlü şəhər sakini Nuriyev Mübariz Məhəmmədəli oğlu özünü Şamaxı Zoğalavatay su anbarına ataraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı regional şöbəsinə aparılıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

SUAL 2018-04-28 23:02:41

İNTİHAR BİR PESƏ OLUB. BƏS GORƏSƏN BİNİN SƏBƏBİNİ BİLƏN VAR? BU DİNQİLİ OLKƏDƏ NƏ QƏDƏR ADAM İNTİHAR EDƏR? 15 YASİNDAN BAŞLAMİS 70 YAŞİNA ƏDƏR İNTİHAR ETMƏK NƏ DEMƏK?

Son yazılar