Dünyanın ən varlı insanının varidatı bir gündə 9 milyard dollar artıb

Dərc olunub: 28/04/2018 - 23:27

bezos“Forbes” jurnalının versiyasına görə, dünyanın ən varlı insanı – “Amazon” riteylerinin başçısı Ceff Bezosun varidatı aprelin 27-də kompaniyanın kvartal hesabatı dərc olunduqdan sonra 9 milyard dollar artıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həmin gün keçirilən hərracların nəticəsinə əsasən, online-riteylerinin aksiyaları 3,6 faiz bahalaşıb. Bununla da, Bezosun varidatı 130,2 milyard dollara çatıb. Biznesmen əsasını qoyduğu “Amazon” kompaniyasının aksiyalarının 16 faizinə sahibdir və onun varidatının 95 faizi internet nəhənginin qiymətli kağızlarının dəyərindən asılıdır.

“Amazon” kompaniyası 2018-ci ilin ilk kvartalın nəticəsinə əsasən təmiz gəlirinin 2,25 dəfə artdığını elan etdikdən sonra online-riteylerin qiymətli kağızlarının dəyəri də artmağa başlayıb.

1995-ci ilin iyul ayında fəaliyyətə başlayan dünyanın ən iri online-riteyleri ABŞ-dan əlavə Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir. 2018-ci il martın 31-nə olan məlumata görə, kompaniyanın ştatı il ərzində 1,6 dəfə artaraq 563,1 min nəfərə çatıb.

Xatırladaq ki, “Forbes” martın 6-da milyarderlərin 32-ci illik reytinqini açıqlamışdı. 2017-ci ilin yekunlarına əsasən, ən varlı 20 insanın varidatı ümumilikdə 1,2 trilyon dollar təşkil edib. İlk iyirmiliyə dünyadakı 2208 milyarderin ümumi var-dövlətinin 13 faizi məxsusdur. Reytinqdə lider “Amazon”un başçısı Ceff Bezosdur – 112 milyard dollar. İkinci yeri 90 milyard dollarla Microsoft-un yaradıcısı Bill Geyts, üçüncü yeri 84 milyard dollarla dünyanın ən məşhur investoru Uorren Baffet tutur.










loading...


Fikrinizi bildirin