Ermənistanın hakim partiyası parlament seçkilərində iştirak edəcək

Dərc olunub: 28/04/2018 - 23:56

1519388263Ermənistanın hakim Respublika Partiyası parlament seçkilərində iştirak edəcək. APA-nın verdiyi erməni KİV-lərinə istinadla verdiyi xəbərə görə, bu barədə parlamentin vitse-prezidenti, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

“Biz əlbəttə ki parlament seçkilərində iştirak edəcəyik. Respublika Partiyası – oturuşmuş, güclü konservativ partiyadır”, – deyə Şarmazanov bildirib.

Qeyd edək ki, Şarmazanov bundan əvvəl hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Buna baxmayaraq, müxalifətçi deputat Nikol Paşinyanın tərəfdarları aksiyaları davam etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.








loading...


Fikrinizi bildirin