Karen geri çəkildi, Çarukyan isə... – İrəvanda şok gəlişim

Bu gün ermənistan siyasətində baş verən gözlənilməz olaylar bir-birini əvəz edir.Axar.az xəbər verir ki, müxalif lider Nikol Paşinyan İcevan və Vanadzorda olarkən Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyası 1 mayda parlamentdə keçiriləcək baş nazir seçkisinə namizəd irəli sürməyəcəyini bəyan edib.

Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov mediaya açıqlamasında bildirib ki, partiyanın baş nazir postuna namizəd irəli sürməməsi barədə qərar prezident Aram Sərkisyan, sabiq baş nazir Serj Sərkisyan və baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan arasında keçirilən görüşdən sonra verilib. O bildirib ki,respublika Partiyası səsverməyə qədər (1 may) irəli sürüləcək bütün namizədlərlə bağlı müzakirə aparacaq.

Şarmazanov hazırda Nikol Paşinyandan başqa namizədin irəli sürülmədiyini də qeyd edib.

Parlamentdə hakim partiyadan sonra ən çox deputatla təmsil olunan Çarukyanın fraksiyası da öz namizədinin olmayacağını, “xalqın namizədinə” səs veriləcəyini bəyan edib. Çiçəklənən Ermənistan Partiyasının sədri Qarik Çarukyan “xalqın namizədi Paşinyandırmı” sualına, “Nikol, Sasun, Ararat... – fərqi yoxdur, xalq kimi seçib təqdim edərsə, ona da səs verəcəyik” deyib.

Çarukyan həmçinin bildirib ki, bu, erməni gəncliyinin qələbəsidir: “Bu qələbəni erməni gəncliyi əldə etdi. Onlar hər şeyə getdilər və qələbəni qazandılar”.

Hakim partiya ilə qurduğu koalisiyadan ayrılan Daşnaksütyun fraksiyası da Çıxış Blokunun namizədi Nikol Paşinyanı dəstəkləməyə hazır olduğunu bildirib. Fraksiyanın nümayəndəsi Arsen Ambardsumyan bildirib ki, Respublika Partiyası doğru qərar verdi və baş nazirliyə namizəd təqdim etmədi.

N.Paşinyan isə bununla kifayətlənməyib. O, Respublika Partiyasının bütün heyətlə hakiimiyyətdən getməsini tələb edib və sabahdan İrəvanda başlaması nəzərdə tutulan aksiyanın təxirə salınmadığını, əksinə. daha yüksək əhvalla keçiriləcəyini bildirib.

Qeyd edək ki, bu günə qədər parlament çoxluğuna malik hakim Respublika Partiyasının K.Karapetyanın namizədliyini irəli sürəcəyi gözlənilirdi.

635x100

Şərhlər

Sus 2018-04-29 00:27:51

Düşmən də olsalar,vallah belə bir ölkədə yaşadıqları üçün onlara adamın paxillığı tutur.

Son yazılar