Azərbaycan qeyri-neft ixracını əhəmiyyətli dərəcədə artırıb

2018-ci ilin birinci rübündə Azərbaycan şirkətləri 356,4 milyon dollar məbləğində qeyri-neft məhsulları ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricilərindən 35 faiz çoxdur.

Bu barədə aprelin 27-də İqtisadiİslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dərc edilən “İxrac icmal”ında deyilir.

Hesabat dövrü ərzində ərzində ixrac olunan qeyri-neft sektoruna aid məhsullar arasında elektrik enerjisi birinci (33,9 milyon dollar), qızıl (30,9 milyon dollar) ikinci, polietilen (26,3 milyon dollar) üçüncü olub.

Qeyd edək ki, hesabat dövründə elektrik enerjisinin ixracı 8,6 dəfə, meyvə-tərəvəzin ixracı 45,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 34,8 faiz, kimya sənayesi məhsullarının ixracı 29,5 faiz, pambıq ipliyinin ixracı 24,8 faiz, çayın ixracı 12,9 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 4 faiz artıb.

2018-ci ilin ilin yanvar-mart ayları ərzində Rusiyaya 98,7 milyon, Türkiyəyə 97,6 milyon, İsveçrəyə 33,8 milyon, Gürcüstana 31,8 milyon və Çinə 11,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.

Cari ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 115 milyon dollar təşkil edib. 2018-ci ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal Türkiyəyə ixrac edilib (32,2 milyon dollar). Hesabat dövrü ərzində qeyri-neft sektoru üzrə ixracda elektrik enerjisi (13,6 milyon dollar) birinciliyi əldə edib. Bu siyahıda ikinci yeri tomat (9,3 milyon dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (8,3 milyon dollar) qərarlaşıb.

Mart ayında qeyri-neft sektoruna aid ən çox qeyri-neft məhsulu Türkiyəyə ixrac edilib (32,2 milyon dollar).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar