Tramp KXDR lideri ilə 3-4 həftə ərzində görüşməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə etmək üçün yaxın 3-4 həftə ərzində KXDR lideri Kim Çen In ilə görüşmək niyyətindədir.

“Report” TASS-a istinadla xəbər verir ki, bunu Amerika lideri şənbə günü Miçiqan ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Düşünürəm ki, bizim görüşümüz üç-dörd həftə ərzində olacaq. Bu, Koreya yarımadasının nüvəsizləşdirilməsi, Şimali Koreya üçün çox vacib görüş olmalıdır. Görək necə olacaq", - deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar