İrəvanda müxalifət tərəfdarları mərkəzi küçələri bağlayıblar

İrəvanda müxalifət tərəfdarları yenidən yürüşə başlayıblar. Nümayişçilər mərkəzi küçələri bağlayıblar.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, yürüşün əsas iştirakçıları tələbələrdir, irəlidə ağ xalatlı mitinqçilər gedir.

Aksiya iştirakçıları Ermənistan Respublika Partiyasının əleyhinə şüarlar səsləndirirlər. Polis mitinqçilərə müdaxilə etmir.

Nümayişçilər yürüşü Fransa meydanında bitirmək niyyətindədirlər. Ora müxalifət lideri Nikol Paşinyan gələcək. Müxalifətçilər daha sonra Respublika meydanına gedərək orada mitinq keçirəməyi planlaşdırırlar.

Ermənistanda mitinqlər aprelin 13-dən davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar