Gürcüstanda DİN-in poliqonunda partlayış olub, xəsarət alanlar var

Gürcüstanda Daxili İşlər Nazirliyinin (DİN) poliqonunda partlayış olub.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Qardabani rayonunun Krçanisi kəndində, nazirliyin Xüsusi Tapşırıqlar üzrə Departamentinin poliqonunda baş verib. Partlayış zamanı iki nəfər xəsarət alıb.

Hadisənin həmin şəxslərin mərminin aşkarlandığı əraziyə daxil olduqları zamanı baş verdiyi bildirilir. Qeyd edilir ki, onlar partlayıcı maddə ilə ehtiyatsız davranıblar.

Yaralıların vəziyyəti qənaətbəxşdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar