KXDR Pxungeri nüvə poliqonunu bağlayacaq - Ekspert və jurnalistlərin iştirakilə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti may ayında Pxungeri nüvə poliqonunu tamamilə bağlayacaq. Avadanlıqların demontajı ictimaiyyət üçün açıq olacaq. Bu barədə bazar günü brifinqdə jurnalistlərə Koreya Respublikasının Prezidenti Mun Çje İnin mətbuat katibi Yun Yen Çan məlumat verib.

Onun sözlərinə görə, bu barədə razılıq aprelin 27-də iki Koreya liderlərinin görüşü zamanı əldə olunub. KXDR lideri Kim Çen In jurnalistləri və təhlükəsizlik üzrə ekspertləri prosesi izləmək üçün Şimala dəvət edəcəyi vədini verib.

O, həm də müxalifətin bu fikrini təkzib edib ki, KXDR poliqondakı obyektləri ona görə sökməyə razılıq verib ki, onsuz da artıq onları istifadə etmək mümkün deyil: «Bəziləri deyirlər ki, Şimali Koreya bu obyektləri artıq bərbad vəziyyətə gəldiyinə görə məhv edir. Amma siz görəcəksiniz ki, belə deyil» - mətbuat katibi əlavə edib.

O, həm də Kim Çen Indan sitat gətirib: «Mənim ABŞ-la qarşıdurmada olmağıma baxmayaraq, insanlar görəcəklər ki, mən, Cənubi Koreyaya, Sakit okean rayonuna və ya Amerikaya zərbə endirə biləcək adam deyiləm».

Yun Yon Çanın sözlərinə görə, KXDR-nın lideri onu da bəyan edib ki, əgər Pxenyan və Vaşinqtona inandırıcı münasibətlər qurmaq nəsib olsa, KXDR nüvə silahından imtina edə və öz vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün iqtisadi inkişafa fokuslana bilər.

«Kim dedi ki, Koreya müharibəsinin təkrarlanmasına yol verə bilməz və təsadüfi döyüş hərəkətlərinin baş verməsini önləmək üçün konkret addımların atılmasına çağırış etdi» - deyə, Yun Yon Çan əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar