«Rusiyalı məmurların aktivləri dondurulsun» - Britaniya ombudsmanı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, korrupsiyaya qarşı durmaq məsələləri üzrə Britaniya ombudsmanı Con Penrouz insan haqları üzrə kobud pozuntularla əlaqəsi olan Rusiyalı məmurların aktivlərini dondurmağa və onların Birləşmiş Krallıq ərazisinə girişinə qadağa qoymağa, həm də onların adlarını dərc etməyə çağırıb.

Bu barədə, ötən ilin dekabrında Baş nazir Tereza Mey tərəfindən hökumətin antikorrupsiya strategiyasını dəstəkləmək və nəzarət üçün təyin etdiyi Mühafizəkarlar partiyasından olan deputat bazar günü «The Sunday Telegraph» qəzetində yazıb.

«Gələn həftə baxılmaq üçün parlamentə təqdim olunmuş və «Maqnitski qanunu» ilə nəzərdə tutulmuş hüquqları nəinki təkcə alqışlamaq lazımdır - Solsberi zəhərlənməsindən sonra artıq onlar həyati əhəmiyyət kəsb edirlər» - deyə, Penrouz qeyd edir.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) qüvvədə olan «Maqnitski adına akt»-ın analoqu olan bu düzəliş Britaniya ərazisində xarici vətəndaşların aktivlərinin dondurulmasına və onların «insan haqlarının kobud surətdə pozulması» halları ilə əlaqəli olduqları halda, ölkə ərazisinə girişinə qadağa qoymaq üçün hökumətə imkan yaradacaq.

Son dövrün prosesləri göstərir ki, başda ABŞ olmaqla, Qərb ölkələri artıq aşkar «reyderçi»liyə baş vurublar - heç bir qanuni əsas olmadan bir sıra fiziki və hüquqi şəxslərin aktivlərini «dondurur» və sonradan ələ keçirirlər. Buna misal olaraq, təkcə Liviyanın mərhum Prezidenti Müəmmər Qəddafinin 130 milyard pulunun «yoxa çıxması»na barmaq tuşlamaq kifayətdir. İndi də növbə Rusiya oliqarxlarına çatıb...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar