MİLYONÇULAR QAÇMAĞA BAŞLAYIBLAR! - Əmlaklarını satırlar

Rusiyalı milyonçuların böyük hissəsi Rusiyadan getmək istəyirlər.Axar.az xəbər verir ki, “Kalinka Qrup” şirkəti Rusiyanın elit daşınmaz əmlakına sahib olan şəxslərin son zamanlar aktiv şəkildə öz əmlaklarını satdığını bildirib. Belə ki, onların üçdə birinin xaricə köçmək üçün əmlaklarından imtina etdikləri vurğulanıb. Son bir neçə ildə isə Rusiyadan emiqrasiya etməyə çalışan milyonçuların sayı 4,5 dəfə artıb.

“Kalinka Qrup” imkanlı şəxslərin Rusiyanı daha çox iqtisadi qeyri-stabillik və siyasi situasiya ilə əlaqədar tərk etdiklərini qeyd edib: “2014-cü ildən indiyə qədər əmlakını satmaq istəyən varlı şəxslərin sayı 3 dəfə artıb. Təkcə 2018-ci ilin birinci rübündə daşınmaz əmlakın satılmasıyla bağlı şirkətlərə daxil olan müraciətlərin sayı 2013-cü ilin ümumi göstəricisi qədərdir”.

“Gazeta.ru” daşınmaz əmlak satışında artımın olmasına baxmayaraq, ölkədən kapital axınının hələlik müşahidə edilmədiyini yazıb. Təkcə 2018-ci ilin birinci rübündə kapital axını 13,4 milyard dollar olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3 milyard dollar azdır: “Rusiya və MDB ölkələrinin ultra-zəngin (sərvəti 50 milyon dollardan çox olanlar – red.) insanlarının 58%-i ikili vətəndaşlığa sahibdir. Bu şəxslərin 45%-i isə daimi olaraq başqa ölkədə yaşamaq imkanlarını nəzərdən keçirir. Rusiyalılar daha çox Kipr, Malta, Britaniya və İsveçrə kimi ölkələrin vətəndaşlığını almağa çalışır”.

635x100

Şərhlər

aicos 2018-04-30 10:38:14

İngilislər bıçzqlarını itləyirlər ki, RF-dan gələn milyarderlərin qulaqlarını kəsib RF-da oğurladıqları pullarını əllərindən alsınıar.Qəddafi nümunədir."Oğrudan oğruya halaldır".

Kamal 2018-04-30 10:38:14

Agll başlnda olan istenilen millet pulnu avropa ve amerikaya qoyub ve orda yaşaylb herdende demakratya azadllk ugrunda mübarize aparan teşkilatlara pul kecirerki yeri rahat olsun

Heyder 2018-04-30 10:38:14

Cox düz edirler men bele milyoncularl alqlşlaylram amma coox tesüfki azerbaycanll milyoncularl putin inek kimi hele saglr sonrada davay dasvidanya deyecek

Son yazılar