Gürcüstanın Vergi Xidməti düzəliş verdi:"3 ton heroin Azərbaycandan keçib”“

Gürcüstanın Vergi Xidməti bu ölkənin sərhədində tutulan 3 ton heroinlə bağlı açıqlamasında səhvə yol verildiyini və səhvin aradan qaldırıldığını bildirir.Virtualaz.org saytı gürcü qaynaqlarına istinadən xəbər verir ki, Vergi Xidməti 3 ton heroinin Gürcüstana Ermənistandan keçirildiyinə dair iyulun 11-də yaydığı press-relizin mətnində tərcümə səhvinə yol verildiyini açıqlayıb.

Belə ki, press-relizin gürcü dilindəki variantında narkotikin Gürcüstana Azərbaycandan keçirildiyi göstərilib. İngilis dilinə tərcümədə isə texniki səhvə yol verilib və narkotikin Ermənistandan keçirildiyi yazılıb.

Vergi Xidməti səhvin aradan qaldırıldığını və 3 ton heroinin Gürcüstana Azərbaycandan daxil olduğunu bildirir.

Xatırladaq ki, virtualaz.org saytı Gürcüstanın Vergi Xidmətinin narkotikin Ermənistandan keçirildiyinə dair açıqlamasını xidmətin rəsmi saytında iyulun 11-də yayılmış ingilis dilində press-relizə istinadən xəbər vermişdi. Bundan əvvəl Gürcüstanın daxili işlər naziri Aleksandr Çkeidze keçirdiyi mətbuat konfransında narkotikin əfqan mənşəli olduğunu, İran və Azərbaycandan keçərək Gürcüstana daxil olduğunu açıqlamışdı.

Aleksandr Çkeidze demişdi ki, Azərbaycan tərəfinin “əməliyyat tədbirləri çərçivəsində” bu narkotikdən xəbəri olub.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar