PAŞİNYAN QARABAĞLA BAĞLI MÖVQEYİNİ AÇIQLADI - "Bu ki cəfəngiyyatdır..."

Ermənistan müxalifətinin lideri və potensial baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Ermənistan KİV-ləri xəbər verir ki, siyasətçi Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı qurumu dəstəklədiyini deyib.

“Biz Dağlıq Qarabağı tam dəstəkləyirik. Baş nazir seçilsəm, ilk işim operativ situasiya ilə tanış olmaq üçün Qarabağ səfər etmək olacaq. Bizim əsas hədəfimiz ordumuzun döyüş qabiliyyətinin artırılması olacaq”- deyə “məxməri inqilab”ın lideri açıqlama verib.

N.Paşinyan deyib ki, Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır.

"Siz bilirsiniz ki, Azərbaycan çox illər ərzində özünü çox aqressiv aparır və bu hal danışıq üçün mənfi fon yaradır. Biz hər gün Azərbaycandan eşidəndə ki, "Ermənistana qarşı müharibəyə başlamağa hazırlaşırıq, Yerevanı zəbt etməyə hazırlaşırıq" - belə olan halda əməli dialoq mükündürmü?

İndi elə təsəvvür yaranır ki, Azərbaycanın məqsədi Ermənistanın və Dağlıq Qarabağın kapitulyasiyasıdır. Bu ki cəfəngiyyatdır, bu ki qeyri-konstruktivdir. Və mən düşünürəm ki, ilk növbədə dialoq, danışıqlar üçün müvafiq atmosfer yaratmaq lazımdır. Biz hesab edirik ki, bunu mütləq etmək lazımdır. Həm Ermənistan, həm, ümumiyyətlə, dünya birliyi bununla bağlı müəyyən nəticələr çıxarmalıdırlar".

“Məxməri inqilab”ın liderinin sözlərinə görə, Ermənistan həmişə dialoqa meyilli olub və həmişə Ermənistanın hər bir hakimiyyəti hesab edib ki, Dağlıq Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır:

"Biz kiminsə bu məsələni güc tətbiqiylə çözmək qərarında olduğu qənaətinə gəlməyə əsas verən ritorikanı istisna etməliyik.

Belə şey olmamalıdır. XXI əsrdir, biz mədəni ölkələrik, hər halda Ermənistan... Ümidvaram, siz bunu son 20 ildə görmüsünüz.

Lakin bu, o demək deyil ki, mədənilik zəiflik kimi yozulmalıdır. Azərbaycan tərəfindən Dağlıq Qarabağda hər hansı təxribat törədilsə, biz bütün daxili siyasi problemlərimizi bir yana qoyub, yalnız vətənimizin müdafiəsi ilə məşğul olarıq".

Xatırladaq ki, Ermənistanın yeni baş naziri sabah - mayın 1-də parlamentin xüsusi iclasında seçiləcək. Paşinyan baş nazir postuna yeganə namizəddir.

635x100

Şərhlər

Nazir 2018-04-30 13:17:43

DÜŞMƏNLƏRİMİZ DİKTATORU, DİKTATURA REJHİMİNİ YIXDILAR. ANCAQ DÜŞMƏN DÜŞMƏNDİR.HƏR BİR ERMƏNİ,BÖYÜYÜ DƏ KİÇİYİ DƏ BİZİM DÜŞMƏNİMİZDİR. BİZİ ÖLDÜRMƏYƏ QANIMIZI İÇMƏYƏ TORPAQLARIMIZIN QALANINI DA ALMAQ ONLARIN ARZUSUDUR. BİZ İSI,BİZDƏ İSƏ.................

Agsaqqala 2018-04-30 13:17:43

Mümkün həll prosesini də oуünməklə, umacımız olmadan qlobal ehirasa qurban veririk? Xalqın xərac SƏRVƏТİ də hələlik Aİnın üzvlüуünü, AТƏТ, AŞPA, NAТO və Kremlin bircə lazımi dəsтəуini vermir? İşgalçı İrəvan isə(Aİ ilə müqaviləsini bizdən gizləmək saтqınlıqdır) Arтsaxla (DQarabala) birgə Kremli, Gümrünü, Erebunini aşaraq Avropaуa-Qərbə qovuşur. Milli saуmazlıgı və hüquqi düşüncə çaтışmazlıgını xrisтian amilinə уozmaq dogru gorünmür. Azərbaуcanın kəskin тələbləri nə vaxт və haralarda səslənib???

аağsaqqal 2018-04-30 13:17:43

Bu məsələdə erməninin arxasında RUS dədəsi dayandığından məsələ olduqca mürəkkəbdir ,ona görə də prsesə başqa cür yanaşmaq gərəkdir .Beləki müharibəni muzdlu döyüşçülərlə ,partizan dəstələri ilə asta -asta ,böyük zizan vurub ,cana doydurmaqla udmaq mümkündür .Axı bizim Mehdi Hüseynzadəmiz ,Mübariz Ibrahimovumuz olub və lazımı qədər həddən artıq imkanlı adamlarımız var .

Bayram 2018-04-30 13:17:43

Bunu danışdıran danışdırır. Bizim baş məmurlar da hələki Rusyanın medallarını almaqla məşquldurlar , hərdən də daxili auditoriyaya hesablanmış Yerevan bəyanatları verməklə işlərini bitmiş hesab edirlər. Lazım gəlsə biz... nəisə. Oyunçu aparsın...

Azad Qarabaglı 2018-04-30 13:17:43

Nikola Vovaeviç Paşin уan, SSRİ dovründəki "İnтer"nlər kimi ozünüzü hər уerə keçərli sanırsınızmış? Axı, Siz Azərbaуcanın, DQarabagın deуil, hələlik уalnız Ermənisтanın alтernaтivsiz Baş naziri seçilirsiniz. Məncə, əhali уalnız və уalnız Ermənisтanla çalışaсagınıza ümidlə Sizə üsтünlük verir? Sərhəddinizə çəkilin! bunu Sizə də Daglıq və Aşagı Qarabagdakı baba mülklərindən hərbi zorla qovulmuş iki milуondan çox azərbaуcanlı ailələri deməkdədirlər.

oxucu 2018-04-30 13:17:43

Dağlıq Qarabağ münaqişəsinin helli barede aparilan danishiqlardan KENAR EDILMELIDIR : Rusiya, ABŞ ve Fransadan olan hemsedr vasitechiler. Kremlden ASILI OLMAMAQ uchun, LAZIMDIR ki,.... ve diger yuksek vezifeli memurlar, Azerbaycan xalqinin MILLI MARAQLARINA XIDMET ETSINLER, eks teqdirde - halda, veziyyet chox tehlukeli ola biler...

ZABİL 2018-04-30 13:17:43

Özzün öl bu gün də üçün olsun! Qarabağ sənin vətənindir?

Son yazılar