BAKIDA "DƏRMAN MAFİYASI"NA QARŞI ƏMƏLİYYAT -  5 vəzifəli şəxs həbs olundu +VİDEO

Azərbaycana illərdir, saxta dərmanlar gətirib, satdıran şəbəkə çökdürüldü

Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxs həbs olunub.Baş Prokurorluğun mətbuat xidmətindən "AzPolitika.info"-ya verilən məlumata görə, Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan "Sanimed” və "Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.

Toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İlkin istintaq materialları ilə müəyyən edilib ki, "Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, "Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyən edilib.

Müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.

Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.

Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən "qara mühasibatlıq” sənədləri, eləcə də "Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.

Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin törədilməsində iştirakı olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələrii istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

 

635x100

Şərhlər

seymur 2018-05-01 09:17:59

nazirlerin icinde an qoca nazir sehiyye naziri qalib neca olurki bu respublikada qenc kadr tapilmadi

seymur 2018-05-01 09:17:59

bes sahiyye nazirinin bunlardan xebrri yoxdur?

Van Gogh 2018-05-01 09:17:59

Çox güman ki, bunlar ən iri leqal dərman mafiyasına rəqabət yaradaraq "qaydaları" pozurmuşlar. Ona görə də "mafiya" damğasını vurub rəqabətdən çıxardılar. Əsl Azərbaycan reallığı. Vəssəlam, şüttəmam!

Həkim 2018-05-01 09:17:59

Dərman mafiyasının başında səhiyyə nazirliyinin vəzifəli şəxsləri durur.Tək-tək adamların-icracıların adını çəkməıə bu iş bitməz.

NazirLİK və El/mühəndisinə 2018-05-01 09:17:59

Xaricdən qoloqramsız dərmanları kimlər gondərirlər, nazirlik daxilində kimlər paуlaşdırır, daşnaqlarmı? Müşfiqin obуekтlərini də elə orтaq rəqibləri-daha iri inhisarçılar тərəfindən dərmanları ucuz saтdırdıgı üçün тuтdurma ehimalı da mümkündür. Dünуəvi daşnaq-biznes şəbəkəsi çox sahədə oz pilуulisi və xəsdə mallarını da azərbaуcanli qohumları ilə ikili qazanca çevirirlər.

Elektrik mühəndisi, aptekin daimi müştərisi. 2018-05-01 09:17:59

Müşfiq Nağıyevin apteki("Müşfiq" aptek) deyərdim şəhərdə ən ucuz dərman satan mağazadır.Bakıda tanınmış apteklərdən biridir.Bəlkə də 1-cisidir.İnanmağım gəlmir ki,göstərilən cinayətlərdə onun əli olar. Haqq,ədalət öz yerini tapacaq....Bəlkə də derman mafiyasının qurbanı olub.Elə ucuz dərman satdığına görə.. İnşaalah axırı xeyirə olar.

Hörmətli oxuculara! 2018-05-01 09:17:59

Bismillahir-Rəhmanir-Rəhim 100-ə yaxın həkimin bu cür qanunsuz yolla külli miqdarda müxtəlif məbləğlərdə pul almasına və vətəndaşları aldadılmasına nə ad vermək olar?Onlara qarşı tədbir görülməlidir.

t.ədalət 2018-05-01 09:17:59

Dərman oğruları çoxdur.Onların arasında deputatı da var,sıravisi də.Ümumiyyətlə,dərman sahəsi biznesdən çıxarılıb səh.nazirliyinə qaytarılmalıdır.Kasıb xalqın,müharibə əlillərinin dərman almağa pulu yoxdur.Saxta dərman biznesi ilə məşğul olanlar Allahı da yadlarına salmalıdılrlar.Xalqa pərçimlənən haqsızlıq bir ox olub onların üstünə qayıdacaqdır..

Son yazılar