Netanyahu İranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə günahlandırıb

İsrailin baş naziri Benyamin Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə günahlandırıb.

APA-nın TASS agentlyinə istinadla verdiyi xəbərə görə, B.Netanyahu bildirib ki, 2017-ci ildə İran nüvə silahları üzrə arxivlərini gizlədib.

“İran nüvə silahının yaradılması proqramına malik olmadığını yalan deyir. İranla nüvə razılaşması yalana əsaslanır”, deyə B.Netanyahu vurğulayıb.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və altılıq ölkələri: Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar