Poroşenko Donbasda yeni əməliyyatın başladığını elan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko öz “Facebook” səhifəsində Donbas bölgəsində anti-terror əməliyyatları rejiminin (ATO) başa çatdığını bəyan edib.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Onun sözlərinə görə,14:00-dan etibarən ATO-nu Birləşmiş Ukrayna qüvvələrinin əməliyyatı əvəz edib. Ukrayna rəhbərliyi əmin edir ki, əvvəlki əməliyyat formatının potensialı tükənib.

Bundan sonra Ukraynanın şərqində hərbi əməliyyatları bilavasitə Ukrayna hərbi komandanlığı idarə edəcək. Buna qədər əməliyyatların gedişinə Ukrayna təhlükəsizlik xidməti cavavdeh idi.(virtualaz)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar