Hollandiyanın məşhur klubu yüksək liqanı tərk etdi

Hollandiyanın məşhur klubu "Tvente" erediviziyanı tərk edib.

Qol.az-ın xarici KİV-lərə istinadla yaydığı xəbərə görə, ölkə çempionatının 33-cü turunda "Vitess"ə 0:5 hesabı ilə uduzan komandanın yarışı sonuncu pillədə başa vuracağı qətiləşib. 23 xalla 18-ci -sonuncu pillədə olan "Tvente" 17-ci yerdəki "Sparta"dan 4 xal geri qalır.

Qeyd edək ki, "Tvente" 2009/2010 mövsümündə Hollandiya çempionu olub. Komanda həmin mövsüm Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmuş və Azərbaycan təmsilçisini mübarəzədən kənarlaşdırmışdı. 2014-cü ildə isə bu komandalar yenə Avroliqanın "pley-off"unda qarşılaşmış, bu dəfə isə "Qarabağ" rəqibini üstələyərək tarixində ilk dəfə sözügedən yarışın qrupuna vəsiqə qazanmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar