İran XİN Netanyahunun ittihamlarını “gülünc şou” adlandırıb

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı İsrailin baş naziri Benyamin Netanyahunun son bəyanatlarını “gülünc şou” adlandırıb.

APA-nın məlumatına görə, bu barədə ISNA agentliyi xəbər verib.

“Bu bəyanat gülüncdür. Netanyahunun Trampın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarını gözləməsi bunun bir teatr olduğunu göstərir. İsrail isə səhnədə ən yüksək səviyyədə rol oynadı”, deyə Abbas Əraqçı qeyd edib.

Qeyd edək ki, ötən gün Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə və gələcəkdə nüvə istehsalını bərpa etmək niyyətində olmaqda günahlandırıb.

Donald Tramp isə növbəti dəfə İranın nüvə proqramına dair razılaşmanın pozulmasını istisna etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar