"Qaçqınkom"a yeni mətbuat katibi təyin olunub - Yenilənib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatı olub.

“Report” xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, İbrahim Mirzəyev qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru təyin edilib.

1980-cı il təvəllüdlü İbrahim Mirzəyev əvəllər müxtəlif mətbuat orqanlarında, o cümlədən AzTv-də işləyib.

Qeyd edək ki, Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru Elçin Qədimov işdən çıxarılıb.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

635x100

Şərhlər

dr.Amirov 2018-05-01 18:41:57

Cenab Sedre teşekkür edirik. Íbrahim müellim VETENPERVER ve bacaríqlí kadrdír. (O, hem de «Karabakh», «Laçîn ve Laçînlîlar», «Laçîn» saytlarî-qrupu-sehifesinin tesisçi ve yaradîcîlarîndandîr. Tebrik edirik, uğurlu olsun.

R-n 2018-05-01 18:41:57

Биз де дедик ки,Рзаев иш дузелдечек,деме диш дузелдирмиш...Бу да ислаhатлар...

Son yazılar