Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub.

“Report” xəbər verir ki, yeni kənd təsərrüfatı naziri İnam Kərimovun imzaladığı əmrlə qurumun Texniki siyasət şöbəsinin müdiri Köçəri İmanov vəzifədən azad edilib.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Nazirin digər əmri ilə K.İmanov Kənd Təsərrüfatı Nazirliyinin Təsərrüfat şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, İnam Kərimov kənd təsərrüfatı naziri təyin edilib.

635x100

Şərhlər

aysberq 2018-05-01 17:56:47

K/t nazirliyinə bir "Asan" helikopter ilə "Asan" asansür də təşkil eləyin, zəhmət olmasa, ay İnam müəllim.Bunlardan sonra pambığın məhsuldarlığı 65-80 sentner olacaq.

Son yazılar