“PAŞİNYAN BİZİ İNANDIRA BİLMƏDİ” - Hakim partiya qərarını açıqladı

Etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir ola bilməz. "Sputnik" xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

Onun fikrincə, Paşinyanın Qarabağ üzrə danışıqlar prosesinə dair heç konsepsiyası yoxdur. Onun müdafiəyə ayrılacaq büdcəni necə artıracağına dair suala cavabı yoxdur.

Müdafiə, iqtisadiyyat və ya hüquq sahəsində isə bu cür yanaşmalara ehtiyac var. Çünki xalq tribunu və ya natiq deyil, hökumət başçısı seçilir. Ona görə də inandırmaq bacarığı deyil, konsepsiyalar lazımdır.

“Heç kim sosial problemlərdən üz döndərmir. Korrupsiya və digər problemlər də var. Kimin baş nazir olmasından asılı olmayaraq, ultimatumlarla danışmaq olmaz. Bir-birinə yardım etmək lazımdır”, — deyə Şarmazanov qeyd edib.

O vurğulayıb ki, hakimiyyət ultimatumlar və ya təzyiqlərə deyil, dialoqa hazırdır.

Şarmazanov qeyd edib ki, baş nazirin müavinləri və müdafiə naziri də daxil olmaqla, mümkün hökumətdə vacib postlara namizədlərin adını açıqlamayıb: "Ermənistan sakinlərinə güclü ölkə lazımdır".

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin xüsusi iclasında ölkənin baş nazirinin seçilməsi məsələsi müzakirə olunur.

Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyandır. Lakin Paşinyanın rəhbərlik etdiyi fraksiyanın və onu dəstəkləyən digər fraksiyaların parlamentdə cəmi 47 səsi var. Baş nazirin seçilməsi üçünsə 53 səs tələb olunur.

İqtidarda olan Respublikaçılar Partiyası parlamentdə 58 mandata sahibdir.

Əgər bu gün parlament baş naziri seçə bilməsə, bir həftədən sonra yenidən seçkilər keçiriləcək. Bu dəfə də baş nazir təyin oluna bilməsə, Ermənistan qanunvericiliyinə görə, 30-45 gün ərzində ölkə prezidenti parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin edilməlidir.

635x100

Şərhlər

G.M 2018-05-01 18:52:18

Ermənilər özlərinə Baş Nazir seçəcəklər..Özü də ``həqiqi Baş Nazir``.Azərbaycan bundan sonra Dünyada ``demokrat`` imici görüntüsü yaradacaq ermənistandan Qarabağı necə geri alacaq..bax əsas mübahisə mövzusu bu olmalıdır.Heç olmasa erməni baş naziriylə danışıq apara biləcək baş nazirimiz varmı...Hələlik ermənilər Paşiniyanın adı altında, azərbaycanlı karrupsaner erməni ``qruppasını`` hakimiyətdən uzaqlaşdırmağa çalışırlar.

Son yazılar