Həsən Əliyev küçəsinin bir hissəsi çökdü

Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib. "Report" xəbər verir ki, hazırda həmin istiqamətdə yol bağlanılıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hadisə yolun kənarında, 1 kvadrat metr ərazidə, 1 metr dərinlikdə baş verib: "Çökməyə səbəb, çox güman ki, su və yaxud kanalizasiya sızıntısıdır. Hazırda yolda hərəkətə maneə yoxdur. Əraziyə həm su idarəsindən nümayəndələr, həm də bizim əməkdaşlar cəlb olunub".

635x100

Şərhlər

t.ədalət 2018-05-01 20:27:51

Məncə,"DİN Baş Dövlət Yol Polisi" düzgün yazılmır.Bəlkə də,onu belə yazsaq doğru olar:"DİN Dövlət Baş Yol Polisi".

sual 2018-05-01 20:27:51

anar nəcəfliyə gorə yol yox ərazi cokub. bəs sorusan yoxdu yol salinanda onu altina baxan kimdi?

Son yazılar