Ermənistan parlamenti yeni baş naziri seçə bilməyib

"Mənim Addımım" Hərəkatının sədri, parlamentdəki "Çıxış" deputat fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanın yeni baş naziri seçilə bilməyib.

“Report” xəbər verir ki, mayın 1-də ölkə parlamentində hökumət başçısı seçkisi keçirilib.

İclasda 105 deputatdan 102-si iştirak edib. Ancaq N.Paşinyanın lehinə 45 deputat səs verib.

Ermənistanın hakim Respublikaçılar Partiyası onun əleyhinə səs verib.

Parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb. Ermənistan konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar