Paşinyan milli həmrəylik hökuməti quracağını deyib

Ermənistandakı etiraz aksiyalarının lideri, “Yelk” (Çıxış) fraksiyasından baş nazir postuna namizədliyi irəli sürülən Nikol Paşinyan ölkədə milli həmrəylik hökuməti quracağını və kadr təmizlənməsi aparmayacağını vəd edib.

“Geniş məsləhətləşmələr əsasında müvəqqəti milli həmrəylik hökuməti formalaşdırmağı və kadr təmizlənməsinə yol verilməyəcəyini vəd edirəm”, - deyə Nikol Paşinyan qeyd edib.

Parlamentdə keçirilən səsvermənin nəticələrinə gəlincə, N.Paşinyan qeyd edib ki, problem onun baş nazir seçilib-seçilməməyində deyil: “Problem ondadır ki, siz xalqın qalibiyyətini istəyirsiniz, yoxsa yox. Siz yaxşı bilirsiniz ki, bu zəfərin qarşısını ala bilməyəcəksiniz”, - deyə N.Paşinyan qeyd edib.

Qeyd edək ki, Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçməyib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar