"Avropol"a ilk dəfə qadın rəhbərlik edəcək

 

Belçika Kriminal Polisinin sabiq rəhbəri Katrin de Bol mayın 1-də rəsmən Avropa Polis Agentliyinin (Avropol) direktoru vəzifəsinin icrasına başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, beləliklə, tarixdə ilk dəfə olaraq bu müəssisəyə qadın rəhbərlik edəcək.

Katrin de Bol bu vəzifəyə martın 8-də Avropa İttifaqı daxili İşlər və ədliyyə şurasının Brüsseldə keçirilən iclasında təsdiqlənmişdi. O, Avopolun icraçı direktoru postunda Rob Ueynraytı əvəzləyib.

İxtisasca hüquqşünas olan 48 yaşlı Katrin de Bol əvvəlcə jandarmeriyanın, sonra isə kriminal polisin zabiti işləyib. 2012-ci ildə Belçika Federal Polisinin komissarı təyin edilib və bu vəzifəni icra edən ilk qadın olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar