Kim Çen In KXDR-in nüvə obyektlərində yoxlama aparılmasına razılıq verib

Dərc olunub: 01/05/2018 - 22:47

Kim-Cen-In-azeuro-1Şimali Koreya lideri Kim Çen In ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı KXDR-in nüvə obyektlərində yoxlama aparılmasına razı olduğunu ifadə edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu xəbəri çərşənbə axşamı məlumatlı mənbəyə istinadən JTBC telekanalı yayıb.

Telekanalın məlumatına görə, Kim Çen In Pompeoya KXDR-in nüvə obyektlərinə giriş üçün şərait yaradacağına söz verib ki, bu da Şimali Koreya tərəfinin Koreya yarımadasının nüvəsizləşdirilməsinə nəzarət prosesində fəal iştirak etmək niyyətindən xəbər verir.

“İstədiyiniz yerdə nüvə obyektlərini yoxlaya bilərsiniz”, – deyə telekanal Şimali Koreya liderinin sözlərini sitat gətirib.






loading...


Fikrinizi bildirin