Paşinyan xalqı ümummilli tətilə çağırıb

Dərc olunub: 01/05/2018 - 22:52

pasinyanErmənistandakı etiraz aksiyalarının lideri, baş nazir postuna namizədliyi parlament tərəfindən təsdiqlənməyən Nikol Paşinyan dövlət qulluqçularını ümumi tətilə, tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, N.Paşinyan əsas yolları bağlamağa çağırıb: “Sabah 08.15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.

Ermənistandakı etiraz aksiyalarının lideri qeyd edib ki, etirazçıların tələbi dəyişməz olaraq qalmaqdadır – “xalqın namizədi”nin baş nazir postuna seçilməsi.

Qeyd edək ki, Ermənistan parlamenti bu gün keçirdiyi xüsusi iclasda Nikol Paşinyanı baş nazir seçməyib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.








loading...


Fikrinizi bildirin