Netenyahunun «İran bəyanatı» Trampın reaksiyasına hesablanıb - KİV

netanyahu«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin Baş naziri Binyamin Netenyahunun İranın nüvə proqramı barədə bəyanatı rejissorlaşdırılıb və Amerika Birləşmş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampda lazımi reaksiya doğurmaq məqsədilə geniş kütləyə açıqlanıb.

Bu barədə xəbəri «Bel-RTL» radiostansiyası yayıb.

Bundan əvvəl İsrailin Baş naziri Binyamin Netenyahu yerli televiziyanın efirindən ivritlə və ingiliscə bildirib ki, İranın nüvə proqramını əks etdirən 1,5 ton çəkidə kağız və rəqəmsal məxfi sənəd İsrailin əlinə keçib - həmin sənədlər sübut edir ki, «Amad layihəsi» kod adlı məxfi hərbi layihə İranın atom proqramının tərkib hissəsi olub.

«Netenyahunun çalışdığı odur ki, Trampda lazımi reaksiya doğursun və ABŞ İranla "altılığın" bağlamış olduğu sazişdən çıxsın» - xəbərdə deyilir.

Netenyahunun sözlərinə görə, İsrail kəşfiyyatı İranın məxfi hərbi nüvə proqramına aid 55 min səhifəlik və 55 min fayl məxfi material əldə edib. Guya bu sənədlər gizli anbarlarda saxlanırmış.

Netenyahu bildirib ki, ABŞ-ı da yeni kəşfiyyat materialları ilə tanış edib və amerikalılar «həmin sənədlərin orjinallığına zəmanət verə bilərlər».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar