Cənubi Koreyada süpürgəçi zibil qutusunda qızıl külçələr tapıb

 

Cənubi Koreyada süpürgəçi İnçhon şəhərinin beynəlxalq aeroportundakı zibil qutusunda 350 milyon von (təxminən 327 min ABŞ dolları) dəyərində qızıl külçələr tapıb.

AZƏRTAC xəbər verir ki, “The Korea Times” qəzetinin polisə istinadla yaydığı məlumata əsasən, qızılın sahibi müəyyən edilməyib. O, yaxın 6 ay ərzində üzə çıxmazsa, süpürgəçi bu sərvətin rəsmi sahibi olacaq.

Əgər qızılın yiyəsi məlum olsa belə, tapıntının bazar dəyərinin 20 faizi süpürgəçiyə veriləcək. Lakin qızıl külçələr hər hansı cinayətlə bağlı olduğu halda, ona heç nə çatmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar