Gül bayramı ləğv edilib? - AÇIQLAMA

2000-ci ildən etibarən hər il mayın 10-da Bakının sabiq meri Hacıbala Abutalıbovun təşəbbüsü əsasında görkəmli siyasi xadim Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən Gül bayramına bu dəfə hazırlıq aparılmır.

Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayın qarşısında və “Qış bulvarı”nda keçirilən bayram hazırlıqları aprelin sonundan başlayırdı. Hacıbala Abutalıbovun göstərişilə müxtəlif dekorasiyalar qurulur, xarici ölkələrdən al-əlvan güllər gətirilirdi.

Səhər saatlarında başlayan bayram tədbirlərinə axşam atəşfəşanlıqla yekun vurulurdu. Bu gün mayın 2-si olmasına baxmayaraq, Gül bayramına hər hansı hazırlıq işləri getmir...

Xatırladaq ki, yalnız 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirilmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın “Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi. 2017-ci ildə isə bayram iməclik formatına salınmışdı.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Gül bayramına hazırlıqla bağlı şöbəyə hər hansı məlumat daxil olmayıb:

“Hər halda tədbir nəzərdə tutulsaydı, hazırlıq işləri başlayardı”.

Gül bayramı sabiq mer Hacıbala Abutalıbovun təşəbbüsü ilə qeyd olunurdu. Bayram Heydər Əliyevin ad günündə - 10 mayda başlayır və bir neçə gün davam edirdi.

Meriyanın sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilirdi.

Təkcə 2012-ci ildə paytaxta müxtəlif rənglərdə olan 116 ton gül gətirilmişdi. Həmin il bayramda güllərin sayı milyonu keçmişdi. Bayramda həmçinin güllərdən hazırlanmış Heydər Əliyevin portreti təqdim olunmuşdu. Abutalıbovun sözlərinə görə, gül kompozisiyalarının yaradılması üstündə qərb dizaynerlər və yerli ustalar birgə işləmişdilər.

635x100

Şərhlər

kluni 2018-05-02 20:29:16

Yəqin ki, formulskidən sonra kisədə pul qalmayıb. Ona görə bu bayramı təxirə salacaqlar yəqin ki. O ki, Qaldı Bəşirovun dediyi ac-yalavaclara pul xərcləmək, millətə verməzlər ....

Vətəndaş 2018-05-02 20:29:16

Görəsən Hacıbala iş gününü haradan başlayır? Yenə xiyabandanmı,yoxsa NK-ya-yəni pensionerlər evinə gəlir.

Bashirov Qarib 2018-05-02 20:29:16

Gul aldıgımız ölkələr bizdən inciyəcəklər. İnsanlar da öyrəşmişdilər.Bəs indi necə olacaq? Yəqin, bu pullar ac-yalavac insanlara xərclənəcək.

Asim 2018-05-02 20:29:16

bu gül bayramı ilə hacıbala misli görünməmiş .... ilə yadda qaldı.

Vətən dashı 2018-05-02 20:29:16

Gəlin ümid edeyin ki,riyakar ,yaltaq, debil adamlar bir daha Azərbaycan İdarəciliyində yer tapmayacaq.CƏNAB PREZİDENTİN etimad göstərdiyi gənclər daha ləyaqətli olacaqlar...Umid edək....

Ozgə Aуlı 2018-05-02 20:29:16

Məbuaт da, bir sıra qurumlar kimi уozur, cəfəng uуdurmaqla izləуicini "уola verir". Bakı şəhər İH-nin, lap olsun H.Abuтalıbovun xaricdən gül gəirmək səlahiууəтi-pulu vardımı və уa səkiləri belə düzləndirməуə iqтidarı? Küçənin тən orтasında bina, meтro üzərində уaşaуış binası тikirlər.....

Son yazılar