DÜNYANI SİLKƏLƏYƏN KƏŞF – İnsanlar təyyarə qəzalarında ölməyəcək! (VİDEO)

Moldavalı Politexnik Universitetinin məzunu Aleksandr Balanın ixtirası bütün elm aləmini silkələyib. AzPolitika.info Moldavanın “Locals.mv” saytına istinadən xəbər verir ki, bu gəncin ixtirasına dünyanın böyük dövlətləri, korporasiyaları maraq göstərməyə başlayıblar. NATO isə hamıdan qabağa düşüb – Kaliforniyada artıq layihənin testi həyata keçirilir. Moldavalı gəncin inqilabi ixtirası isə insanları təyyarə qəzasından xilas edə biləcək.

“SIAAB1 və SIAAB2” – göründüyü kimi bunlar sadəcə hərflər yığını deyil. Bunlar həyatların xilası üçün ixtiradır. Belə ki, bu ixtira sayəsində təyyarələr yerə çırpılsa da, partlamayacaq və sərnişinlər heç bir xəsarət almayacaq. İxtiranın ilk mərhələsinin açılışı SIAAB1 2013 sistemidir. Bu xüsusi kimyəvi formulaya malik bir sistemdir. Bu maddə çox güclü təsirə malikdir və onu neftə əlavə edirlər. Beləcə həmin neft öz kimyəvi və fiziki xassəsini dəyişərək, onu bərk maddəyə çevirir. Təqribən onu yaşıl torpaq vəziyyətinə gətirir. Ona görə də, neftin bu vəziyyətdə yanması qeyri mümkün olur. Bu vəziyyəti neytrallaşdırmaqdan ötrü isə cəmisi 1 litr SIAAB1-ı 100 litr neftə əlavə etmək yetərlidir. Kəşfin ikinci mərhələsi isə SIAAB2 2013 sistemidir. Bu sistem xüsusi titan kapsullarda olan hibrid maye və bir köpükdən ibarətdir (sözü gedən formula hələ də təsnif olunmaqdadır).

Qəzanın baş verməsinə 8 saniyə qalmış avtomatik olaraq salonu köpüklə doldurur. Hava ilə təmasda “sehirli” maddə 416 dəfə genişlənir və bərkləşir. Beləcə sərnişinin bütün hərəkətlərini dondura biləcək bir bəndə çevrilir. Bu zaman təyyarə yerə çırpılarkən sərnişinlər heç bir xəsarət almırlar. 30 saniyədən sonra isə həmin maddə yenidən maye halına çevrilir - yəni bu zərbə enerjisinin fəaliyyəti sadəcə 4-5 saniyə çəkir. Maddə kəskin iyə malik olsa da, gözə və dəriyə mənfi təsiri yoxdur.

Məlumata görə, həmin əməliyyatı aparmaqdan ötrü təyyarədə təxminən 20 sərnişinin yeri azad edilməlidir. Lakin kəşfin müəllifi Aleksandr Balan bunu inkar edib: “Müasir laynerlər əvvəlkilər ilə müqayisədə 1.5 dəfə yüngüldür. Bizim ən böyük təyyarə olan A 380-nin daxilinə əlavə edəcəyimiz maddə maksimum 3 ton olacaq. Həmin təyyarənin mühərriki və qanadlarının gücünü nəzərə alsaq, təyyarə 30 ton əlavəni qəbul edə bilər.”

Məlum olub ki, bu ideyanı müəllif uşaqlıqdan düşünüb. Aleksandrın bu ideyanı düşünməsinə bir çox hadisələr səbəb olub. Ən əsası isə onun atası hərbçi pilot olub və uşaqlıqda ona aviasiya və səma haqqında həyacanverici hadisələr danışıb. Ona çoxlu sxemlər və şəkillər göstərib. Eyni zamanda Aleksandr Balanın atası ona həmişə deyib: “Heç vaxt başqaları kimi düşünmə. Çünki sənin taleyin də elə ola bilər”.

Nonkonformist düşüncəyə malik olan Aleksandr hələ 8-ci sinifdə oxuyarkən, coğrafiya dərsində “рerpetuum mobile” adlı öz eskizini hazırlayır. Əlbəttə, bu sonsuz mühərrikin təqdimatı deyildi. Hələ o zaman onun bu cür düşünmə qabiliyyəti fizika müəllimini təəcübləndirmişdi. Lakin nə arxitektor işi, nə də bu cür kəşflər Aleksandrı qane etmirdi:

“Yerli təfəkkür yeni heykəllər və arxitekturalar yaratmağa imkan vermir”, - bunu Aleksandr Kişinyovu nəzərdə tutaraq deyib. “Nəsə möhtəşəm bir nəticə əldə etmək istəyirdim!” Elə ona görə də, Aleksandr aviosərnişinlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı öz düşüncələrini reallaşdırmaqdan ötrü, Helsinkidə Palitexnik Universitetinə qəbul olur. Onun niyyəti isə aeronavtika sahəsində mühəndislik ixtisasına yiyələnmək idi. Orada özünə möhtəşəm komanda yığmağa müvəffəq olur və təhlükəsizlik sistemini icad edərək onu SIAAB1 2013 və SIAAB2 2013 adlandırır. Bu sözün əsl mənasında qlobal məkanda “bomba” kimi partladı. İndi isə sonuncu sınaq testinin cavabını bütün dünya ictimaiyyəti gözləyir. Hazırda isə Kaliforniyada testi keçirmək üçün uyğun bir yer axtarılır. Çünki bu təcrübənin aparılması üçün uyğun bir aeroport tapılmalıdır və həmin aeroportdan icazə kağızı alınmalıdır: “Biz artıq uçmasına 5000 km-dən az qalmış təyyarəni tapmışıq. Ora sərnişinləri əvəz edəcək manikenlər yerləşdirəcəyik. Biz burada görəcəyik ki, yerə çırpılan təyyarə partlamır, daxilindəki sərnişinlər isə heç bir xəsarət almır. Bu qeyri adi bir haldır! Bütün dünya bunu görməyi gözləyir! Biz bunu bu ilin ikinci yarısında reallaşdırmağı planlaşdırırıq. Biz uğur əldə edəcəyimizə inanırıq. Çünki lobaratoriya sınaqları zamanı yaxşı nəticələr əldə etmişik. Nə üçün Moldava kəşfi ABŞ-a qismət olacaq? Təəsüf ki, Moldavada mənim bu proyektimlə heç kəs maraqlanmadı. Mən ilk dəfə dünyaya bu kəşf haqda Kişinyovda bildirdim. Mən Moldava Elmlər Akademiyasında da oldum. Orada mənə birtəhər baxırdılar. Mən onlardan xahiş etdim ki, mənə kömək edin, mən öz vətənimdə təqdimat keçirim. Lakin heç kim reaksiya göstərmədi. Mən həmin təqdimata çox sayda dövlət məmurlarını dəvət etmişdim. Ora isə yalnız bir-iki nəfər gələ bilmişdi. O zaman mən anladım ki, 20 illik müstəqilliyə baxmayaraq, heç nə dəyişməyib. İnsanlar Cavalli və Dior markalı geyimlər geyinsələr də, mentalitet baxımından əvvəlki kimi qalıblar. NATO isə həmin an mənim ideyam ilə maraqlandı. Çünki ABŞ üçün həmişə “Made in USA” yazısı çox vacibdir. Həm də təsəvvür edin ki, bu cür texnologiyaya malik bir dövlət görün nə qədər qazanc əldə edə biləcək? Moldava 5 il ərzində İsveçrəyə çevrilə bilərdi! Mütəxəssislər bu təcrübənin cavabınını gözləyir”.

Moldavalı gəncin bu kəşfi özünü sınaq testlərində doğruldarsa, bu bütün dünyada tətbiq ediləcək. Bu isə insanları təyyarə və avtomobil qəzalarından xilas edə biləcək.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar