Minimum əməkhaqqının həcmi yaşayış minimumu ilə bərabərləşdi - Azərbaycanda isə «sevhasevdir»!

141128082737_ruble_dollar_624x351_rianovosti«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, uzun bir dövrdən sonra qonşu Rusiyada nəhayət ki, minimum əmək haqqının həcmi yaşayış minimumu ilə bərabərləşib. Ciddi sanksiyalar fonunda bu, əhəmiyyətli irəliləyiş hesab olunmalıdır.

Rusiyalı iqtisadçı Sergey Aleksaşenko «Exo Moskvı» radiosunun efirindən bildirib ki, bu, düzgün istiqamətdə bir irəliləyiş olsa da, kifayət etməz. Mütəxəssis qeyd edib ki, Rusiyada əmək haqqının minimum həcmi ilə yaşayış minimumu göstəricilərinin əhəmiyyət kəsb etdiyi insanların sayı kifayət qədər çoxdur...

Xeyli məyusedicidir ki, dünyanın əksər ölkələrində hökumət vətəndaşların rifahının yüksəldilməsi, o cümlədən, gəlirlərinin artırılması istiqamətində davamlı tədbirlər gördüyü bir vaxtda, uzun illərdir YAP hökuməti (ad şərtidir - M.A.) bu istiqamətdə demək olar, heç bir iş görməyib, əksinə, bəzi epizodlarda hətta insanları səfalətlə üz-üzə qoyub - əhaliyə çatmalı olanı isə sadəcə, oğurlamaqla baş girləyib!

Buna çoxlu misallar gətirmək olar. Məsələn, yuxarıdakı göstərici üzrə neft-qaz ölkəsi olan Azərbaycan hələ də «dünyanın quyruğunda sürünür».

Başqa bir misal. Bir neçə il bundan əvvəl ölkəmizdə keçirilən Avropa oyunlarına milyardar xərcləyən (yazdılar ki, təxminən 8 milyard!), «Qaqa Ledinin» 10 dəqiqəlik «ifasına» 2 milyon dollar «qurban edən», oyunların açılış mərasiminə 100 milyon dollar «xərcləyən», Serbiyada hansısa bir «müqəddəs Petka kilsəsi»nin təmirinə yarım milyon dollar «bağışlayan» YAP hökuməti, ölkə əhalisinin yaşlı qismini «Pensiya haqqında» qəbul etdiyi yeni qanunla sadəcə, taleyin ümidinə buraxdı - total işsizlik fonunda ahıl insanları çörəksiz qoydu. Başqa sözlə, ölkəni qarət edən «hökumət» yaşlı vətəndaşlardan İMTİNA ETDİ!

Deyirlər ki, məhəbbət qarşılıqlı olar. Bəs, yuxarıda yazdıqlarımın fonunda Azərbaycan insanı YAP hökumətinə yönəlik hansı hissləri bəsləməlidir - məhəbbət, yoxsa nifrət?...

Azərbaycan unikal ölkədir - insanlarımız xeyli riyakardırlar və deyirlər: «Səni sevirəm, sən sevməsən də...» - sevhasevdir ölkəmdə, ay can-ay can!

Belə sevhavsevin «dombalaq aşdığı»bir cəmiyyətdə əmək haqqı və ya pensiya yada düşərmi?...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Sus 2018-05-02 20:35:57

....Ailədə nə qədər sosial problem ola bilər axı?ADAM ÖZÜNÜ ÖLDÜRMƏYƏ DƏ qorxur ki,səni hansı pulla dəfn edəcəklər. Hər dəfə bu telekanalizasiyalara baqxanda fikirləşirəm ki,bu vicdansız aparıcılar yanimda olaydılar.....Hər gün evdə işsizlik söhbətindən zara gəlmişəm.Kim ki, bu yarıtmaz memurların eybini deyir,adini qoyurlar anti-milli düşmən.Allah sizin bəlanızı versin!

Akif 2018-05-02 20:35:57

Artıq orta məktəb şagirləri də öz yaşam şəraitindən bilirlər ki, Xalqın özünə məxsus olan təbi sərvətlərdən gələn pul vəsaitləri hakimiyyət tərəfindən talan olunmaqdadır. Odur ki, Azərbaycanda bu hakimiyyət dövründə minimum əmək haqqının yaşayış minimumu səviyyəsinə çatdırılması yalnız xəyal ola bilər.

pıs-pısa 2018-05-02 20:35:57

Mirzə müəllim, belə aktual məsələni qaldırdığınız üçün çox sağ olun. YAP funksionerləri danışanda elə danışırlar ki, Azərbaycan xalqı bu torpaqda yaşadıqlarına görə onlara borcludurlar. Amma onlar yaddan çıxarmamılıdırlar ki, onlar bu xalqdan oğurlayıb qarət etdikləri ilə çox uzağa getməyəcəklər. Onlar elə düşünürlər ki, xaricdə aldıqları əmlaklar, mülklər onlara qalacaq, xeyr, Abram onlara həmin mülkləri lipa sənədlərlə satıb. P.S. Deyir örkən nə qədər uzun olsa da gəlib doğanaqdan keçəcəkdir.

t.ədalət 2018-05-02 20:35:57

İdman tədbirləri cərimələrə əsaslanan Azərbaycan iqtisadiyyatını sıradan çıxaracaq.Başqa ölkələrdə əhalinin rifahına yönəldilən maliyyə vəsaitləri bizdə gərəksiz şeylərə sərf edilir.Əhali ehtiyac içərisində boğulur.Artıq şəkər xəstələrinə verilən dərmanlar da azaldılır və ya ucuz qiymətə olanlarla əvəz edilir.Diletantlardan ibarət olan yeni təyinat alan nazirlərin ölkənin iqtisadi imkanlarına töhfələr verəcəyinə ümid bəsləmək çətindir.Xalqa onun dərdinə yaxın olan məmurlar lazımdır.

Fakтoreal 2018-05-02 20:35:57

Jurnalisтlərdən xahiş gərəkdir ki, hər "уaxın pullu"уa və "xarici şadara"lara kapiтal aтan Hakimiууəтdən həmin lahуələrə daxili iqтisadiууатın bərpası və sosial уüksəlişə xərclərin nə qədər çox oldugunu sorsunlar? Nədən, novbəтi ildonümünə milуonluq güllər sərilmir?Şəhid ailələrinə "qan pulu"nun 20 il gecikməsi onlara və onları məhv edən cinaəkarlara hansı münasibəтin ifadəsiуmiş?

aqa сefer 2018-05-02 20:35:57

Sualın cavabı NİFRƏT !

Bashirov Qarib 2018-05-02 20:35:57

Mirzə muəllim,sevhasev yox,Həsənsoxdu dəyirmanına çevirilib,gözəl vətənimiz.

Müfəttiş 2018-05-02 20:35:57

Səlim-Hadı cütlüyünün təşkilatçılıqı ilə ölkəmizdə ahıl yaşlı insanlara əsl pensiya terroru yaşatdılar. İşləri tam başa çatdırdıqdan sonra, bir mələksima gənci də əyləşdirdilər Səlimin kreslosuna, bu da oldu İSLAHAT...

hellas 2018-05-02 20:35:57

Mirzə müəllim, Siz səhv edirsiniz. YAP Höküməti ("Yapon İmperatorları" Z.H.) insanlar üçün çox böyük işlər görüblər. İnsan deyəndə onlar ətrafındakı qohum-qardaşlarını, kisəni (döpvlət büdcəsini) şərikli dağıtdıqlarını nəzərdə tuturlar. Amma yerdə qalanlar (Azərbaycan xalqı) onlar üçün heç-bir əhəmiyyət kəsb etmir. Kimsə qalxıb söz demək istəyəndə ağdan-qaradan (şərləyib) atıb göndərirlər "Kürdəxanı istirahət mərkəzinə". "Azərbaycanlılar üçün bundan böyük iş görmək olar"???

Səməd 2018-05-02 20:35:57

Hörmətli müəllif! Sizin fikirləriniz tamamilə reallığı əks elətdirir. Biz sadəcə neft gəlirlərindən məyus olmuş bir millətik, kaşki bu gəlirlər olmayaydı. Necə deyərlər "İSinmədik istisinə, kor olduq tüstüsünə". Səlim və Hadı kimilərinin "İslahatları" bu milləti hökumətdən uzaqlaşdırır. Tezliklə əmək haqqları və pensiya islahatları aparılmalıdır!

Mühəndis 2018-05-02 20:35:57

İnsan nə qədər ..... 90% saytlarda şərhçilər Hökumət kreslosunda oturub xalqı zəlil gününə qoyanlara.onların havadarlarına daha nələr demirlər?.... Hələ "YouTUbe"-da yazılanları demirəm..... Daha nə deyək...

R-n 2018-05-02 20:35:57

Beli,guyrugunda..."Kosmik inkishaf" buna deyilir.Xalga garshi siyaset bu cur formalashib....

Akif 2018-05-02 20:35:57

Vətəndaş Susa cavab:intihar cinayət əməli sayılır və hər bir belə hadisə qanuna əsasən prokurorluq tərəfindən cinayət işi qaldırılıb araşdırılmalı və günahkarları aşkar edib məhkəmə vasitəsilə cəzalandırmalıdır.Hamıya bəllidir ki,bizim prokurorluq orqanalrı belə cinayətlərə göz yumurlar.Çünki,Azərbaycanda intiharın balıca səbəbi aclıq və səfalətdir.Odur ki,intihar əvəzinə birləşərək hakimiyyətdən qurtulmaq lazımdır.

ARİF 2018-05-02 20:35:57

250-285 həkimin və müəllimin orta əmək haqqıdır.indi siz deyin bu əmək haqqı ilə neçə gün yaşamaq mümkündür.

EWDER 2018-05-02 20:35:57

BU EVROVIWENLER,FORMULALAR,LAZIMSIZ YARIWLARIN BIR MEQSIDI VAR.NEFT PULLARINI YEYIB ,DAQITMAQ.ALLAH SIZE LENET ELESIN.

Bayram 2018-05-02 20:35:57

Yazya görə çox olun Mirzə.Dubutat Ağacan Əbiyevə çox gözəl cavabdır.80 yaşlı adam hakimiyyətə yarınmaq üçün gör necə "səviyyəsizlik" edir.Deyir ki: "Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olanlar, etiraz edənlər Azərbaycanın dünyada tanıdılmasını istəməyənlərdir.Mənim o adamlara yazığım gəlir.Belə deyək də, səviyyəsizlik".Ay mən deyən millət vəkili sən xalqın güzaranı qaldırmaq yolları haqqında fikirləş "Formula 1” yarışlarını tərifləmək haqqında yox.Yadan çıxartma hökümət gəldi gedərdi xalq,dövlət isə əbədidir.Heç nə unudulmur, heç nə yaddan çıxmır.Yəqin sən də o dünyaya “otxot” dostun astan aparandan aparacaqsan.ALLAH bəlanızı versin...

Son yazılar