ABŞ-da hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb 

ABŞ-ın Corciya ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.APA-nın məlumatına görə, bu barədə “WCJB” telekanalı ABŞ Hərbi-Hava Qüvvələrinin nümayəndəsinə istinadən xəbər verib.

Bundan əvvəl KİV-lərdə 2 nəfərin öldüyü bildirilirdi. İnsident Corciya ştatının Savanna şəhəri yaxınlığında qeydə alınıb.

***

ABŞ-ın C-130 hərbi-nəqliyyat təyyarəsi Corciya ştatında qəzaya uğrayıb.Trend-in xəbərinə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda deyilir: "Bu milli qvardiyaya məxsus təyyarə olub. Hazırda əlavə məlumat yoxdur".

"Twitter"də isə Savanna şəhərinin peşəkar yanğınsöndürənlər assosiasiyası qəzaya uğrayan təyyarənin şəklini paylaşıb. Fotoda təyyarənin yandığı görünür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar