Azərbaycan müstəntiqləri Maltaya pulyuma əməliyyatları ilə bağlı sorğu verdi

Pul yuyulmasına qarşı mübarizə ilə məşğul olan Azərbaycan müstəntiqləri Malta Maliyyə Kəşfiyyatının Analiz Qrupuna (FIAU) müraciət ediblər.Virtualaz.org-un məlumatına görə, bu barədə təşkilatın illik hesabatında bildirilir. Mətndə aparılan araşdırmalarla əlaqədar FIAU-ya sorğu göndərən ölkələrin adları sadalanır. Onların arasında Azərbaycan da var.

FIAU Azərbaycandan göndərilən sorğunun mahiyyətini açmır, ancaq qeyd edilir ki, Maliyyə Kəşfiyyatının Analiz Qrupu Azərbaycanın hüquq qoruyucularına cavab verib.

Eyni zamanda, hesabata əsasən, 2017-ci ildə Maltadan Azərbaycana informasiya təqdim olunması barədə heç bir sorğu daxil olmayıb.

Toplam olaraq FIAU keçən il informasiya alınması ilə bağlı beynəlxalq partnyorlardan 185 sorğu qəbul edib. Ən çox da İtaliyadan - 42 müraciət (38 cavab). Maraqlıdır ki, hətta Vatikan da şübhəli sazişlər haqda informasiya tələb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar