GENERAL İŞDƏN ÇIXARILDI - Açıqlama (Yenilənib)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

Ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur.”

Qəribədir ki, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov virtualaz.org-a bildirib ki, bu məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, general-mayor Hüseyn Əlixanov hazırda məzuniyyətdədir.

635x100

Şərhlər

Vətəndaş-a 2018-05-03 11:47:23

Adam hər bildiyini danışmaz.Süleymanovanın ambudsman kimi saxlanması fövqəladəhadisə kimi Azərbaycana on birinci barmaq kimi lazımdır.Axı o da onlardandır..Bir az uzağa getsəniz,onun haradan haraya nə üçün gətirildiyini və lazım olmadığı halda vəzifədə saxlanıldığını,və hətta maaşının da artırıldığını diqqətə almış olsanız,ölkədə nələrin baş verdiyini anlaya bilərsiniz.Nazirlər Kabineti isə yenə pensiyaçılar evi olaraq qaldı. İslahat sözü uydurma və fantaziyadır. ..

vətəndaş 2018-05-03 11:47:23

Hüseyn Əlixanovdan başqa 65 yaşı olan adam tapmadılar bəyəm. Axtarsan Fikrət Məmmədovun, baş prokuror Qaralovun Ombudsman Elmira sSüleymanovanın da az yaşları yoxdur. Əgər qanunun tələbidirsə elə hamı vaxtında çıxarılsın da pensiyaya. Yoxsa bu nədir onun adamı yoxdu onu çıxar, bunun adamı var bunu saxla. Əslində belə hərəkətlərə qanun pozuntusundan başqa ad vermək olmaz.

Femida 2018-05-03 11:47:23

Əgər yaşa görə çıxarırlarsa onda ədliyyə naziri Fikrət müəllim Hüseyn Əlixanovdan 5-6 yaş böyükdür, bəs onu niyə çıxarmırlar. Hi?

Son yazılar