MİKAYIL CABBAROV SABİQ NAZİRİN KÜRƏKƏNİNƏ VƏZİFƏ VERDİ - Təyinat

Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib."APA-Economics"in məlumatına görə, Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib. O, bu təyinatadək Dövlət Gömrük Komitəsində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin yanvarın 28-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında" sərəncam ilə gömrük xidməti polkovniki Azər Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.

"AzPolitika.info" onu da əlavə edir ki, Azər Məmmədov sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir.

635x100

Şərhlər

Naxchivanliya 2018-05-04 00:03:08

hi ya mi.. Evvela dovleti "biz qurmushuq" deyende neyi nezerde tutursan?.. Dovlet birdi, naxchivanlinin ve ya her hansi bir regionun deyildi.. Dovleti tek naxchivanli yox, o vaxtlar vetenperver insanlar ("region ayrisechkiliyi" salmada) birleshib bir Azerbaycan dediler.. Sonrasinda kim qabaga getdi ve ya eksine, bu bashqa meseledi... Naxchivanlinin da ichinde merd, yaxshi ve lovga adamlar var, bashqa eyaletlerin de,, Agac da, behre verende bashini ashagi eyir!.. Onsuz da, dushmenimiz vardi..

bahar 2018-05-04 00:03:08

azerbaycan dovletinin bu gune dusmesine gore ...... mesuliyyet dasiyirlar. cunki bu gun vezifede onlar daha coxdur. bu qismen nzxcivan klanina da aiddir

Naxcivanli 2018-05-04 00:03:08

Naxcivan klanina esq olsun e be dovleti biz disimizle dirnagimizla quranda t.edalet sen bakkus yeyirdin indi biz beyenmirsen hiii

ədalət 2018-05-04 00:03:08

tayfa,əşirət qanunları..eyni adamlar,onların uşaqları,kürəkənləri..qohum əqrəbaları və s..bunlara xüsusi vergi verilib. başqaları bacarıqsızdır, işləməyi bacarmırlar.

hərbi pensiyaçı 2018-05-04 00:03:08

Hamısı bir-birinin qohum-əqrabasına vəzifə verir .... korrupsiya, rüşvət, yerlibazlıq, qohumbazlıq, quda-kirvə .... bununla biz uzağa gedə bilmərik.

t.ədalət 2018-05-04 00:03:08

Azərbaycan torpaqları kimi vəzifələr də bölgə klanları tərəfindən işğal edilib.Belə etnik xasiyyətlə biz müstəqillik yolunda çox addımlaya bilməyəcəyik.Məlum bölgənin klanları respublikada ayrı-seçkiliyi o həddə yaxınlaşdırıblar ki......

Son yazılar