İKİ GENERAL VƏZİFƏDƏN UZAQLAŞDIRILDI! - "Dərman mafiyası" ilə bağlılığı varmı? + FOTO

Dövlət Gömrük Komitəsində iki general sərəncama göndərilib.  Unikal.org-un məlumatına görə, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduqları vəzifələrdən azad edilərək, sərəncama göndəriliblər.

Sadiq Abduyev unikal.org-a açıqlamasında bildirib ki, hazırda rəhəbri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır: "Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.

Maraqlıdır, söhbət hansı "hüquqi araşdırma"dan gedir? Gömrük generalları hansı işə görə vəzifələrindən uzaqlaşdırılıblar? Bu haqda açıqlama verilməsə də, generallardan birinin Gömrük Hospitalının və Tibbi Xidmət İdarəsinin rəisi olması ehtimal etməyə əsas verir ki, iki generalın vəzifədən uzaqlaşdırılmasının bugünlərdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "dərman mafiyası"na qarşı həyata keçirdiyi əməliyyatla bağlılığı ola bilər. 

635x100

Şərhlər

Müəllim 2018-05-03 18:04:37

Azərbaycan həqiqətən məzhəkələr ölkəsinə çevrilib.Balam 7-8 milyon əhaliyə bu qərər nazir,Komitə,Baş idarə,Polis-idarə,bölmələri,məhkəmələr .saymaqla bitməyən idarələr və yenə idarələr nəyə gərəkdir?Azərbaycanda bu təşkilatlarda işləyənlərin sayı isə Almaniyadan, İtaliyadan çoxdur.Görün neçə nəfərə Azərbaycanda bir polis düşür?Bu hamsı ölkədə var? Məgər Azərbaycanda cinayət hamıdan çoxdur?Dəhşət ! Hələ bir bunlara məsrəflərə diqqət edin.Bir ali təhsilli müəllimə 150-200 manayt,bir sıravi polisə 600 manat

Dönməz 2018-05-03 18:04:37

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi... Biyi lap gülmək tutdu, kefiniz olsun....

ad 2018-05-03 18:04:37

yaxşı olar

Mehdi 2018-05-03 18:04:37

Esas bilirsiniz necedi? Menki yene qirmizi korpude bizim terefde yene saatlarla bunlarin yoxlamalarina meruz qalacaqamsa ve gurcu tetefde 2 deqiqeye yola duseceyemse bes onda demeyim gurcunun qadasi dussun bizim gomrukculerin ureyine?Biliremki yene kohne hamam kohne tas.

Məmməd 2018-05-03 18:04:37

.FHN-də, Gömrkdə,Vergidə hərbiləşdiriliş ŞÖBƏ lər ola bilər. Məsələn, FHN-də yanğısöndrənlər, xilasedicilər. Gömrükdə və Vergidə OPERATİV müdaxilə və ya əməliyyat qrupları. Ancaq, bütovlükdə adı çəkilən nazirliklərə Hüquq Mühafizə Orqanı statusunun verilməsi, sıravi işçisindən, müsahibdən tutmuş nazirinə (general polkovnik !!!) kimi hərbi rütbə veriləsi, rütbəyə və vəzifəyə görə ikiqat maaş verilməsi-dövlət büdcəsinin qanuni talanından başqa bir şey deyildir. Vergi və Gömrük məsləhətçilərinin, katibələrin uniformada gəzməsi isə sadəcə gülməlidir

Sahibkar 2018-05-03 18:04:37

Balam,general hərbi vəzifə deyil? General rütbəsihərbçilərə hərbi xidmətdəki uğurlarına görə verilən çindir.Bu nədir,gömrükdə köbələk kimi general yetişir? Elə buna görə bu sahə reputasiyasını itirib. İnsanlar bir ora gedəndə sevinir,bir də oradan qurtaranda.

Bəhram Cəfəri 2018-05-03 18:04:37

Dovləт vəzifə bolgüsündə bəzən peşəkarlıq lazımi уer almaуıb? 50-dən çox raуon İH-ləri feodal mülkədar, hər nazirlik isə əlahiddə şəbəkə kimi ancaq Prezidenтlərə hesabaтlı saуılırlar!? Gəl indi, hər fəaliууəтi тəhlil eт, gоrüm necə edirsən? Qadagan malları Polis saxlaуırsa, Gomrüуə general lazım deуil, peşəkar "тovaroved"(mal тəsnifaтçısı) gərəkdir. Gündəlik hesabaт da dovləт Bankına və Maliууə nazirliуinə veriməlidir. Əks halda 4-lük arasındakı boşluga N-incilərin müdaxiləsi 100%-lidir!

Cəmşid Dərələyəzli 2018-05-03 18:04:37

Kömrükdə generalların dəyişməsi şərt deyil. Əsas odur ki strukturda sistem dəyişsin. Ən əsası da uzun illərdir baş kömrük idarələrində makler rolunu oynayan maliyyə inspektorları tamamilə dəyişdirilsin və Asan Xidmətdəki kimi cavan uşaqlar şüşə arxasında oturub, sahibkarları növbə ilə qanunla yola salsınlar.

Son yazılar